?>
Qafqaz və Azərbaycan

Azərbaycanda 58 siyasi partiya var

Azərbaycanda 58 siyasi partiya var

Qeyd edək ki, 1992-ci ildə Azərbaycan İslam Partiyası Azərbaycan Respublikasında ilk yaradılan və aktiv sürətdə fəaliyyət göstərən siyasi partiyalardan biri olmuşdur. Lakin 1995-ci ildə Heydər Əliyev rejiminin Azərbaycan Neftini dünya sionistlərinə ucuz qiymətə verməkdən ötrü qoyulan şərtə əməl edərək Azərbaycan İslam Partiyasının fəaliyyətini dayandırmışdır. Partiya bundan sonra dəfələrlə yenidən qeydiyyatdan keçməkdən ötrü Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin bu müraciətə Ədliyyə Nazirliyi tərəfindən nə müsbət və nə də mənfi cavab verilmişdir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycanda hazırda 58 siyasi partiya var. Onlardan 7 siyasi partiya 2020, 2 siyasi partiya isə bu il qeydiyyata alınıb.

Bunu Ədliyyə Nazirliyinin Qeyri-hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev bildirib. Onun sözlərinə görə, ölkədə 3359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri var.

Şöbə rəisi deyib ki, son 5 ildə 10 minə yaxın layihə üzrə vətəndaş cəmiyyətlərinə 900 milyon manatdan çox məbləğ ayrılıb.

Qeyd edək ki, 1992-ci ildə Azərbaycan İslam Partiyası Azərbaycan Respublikasında ilk yaradılan və aktiv sürətdə fəaliyyət göstərən siyasi partiyalardan biri olmuşdur. Lakin 1995-ci ildə Heydər Əliyev rejiminin Azərbaycan Neftini dünya sionistlərinə ucuz qiymətə verməkdən ötrü qoyulan şərtə əməl edərək Azərbaycan İslam Partiyasının fəaliyyətini dayandırmışdır. Partiya bundan sonra dəfələrlə yenidən qeydiyyatdan keçməkdən ötrü Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin bu müraciətə Ədliyyə Nazirliyi tərəfindən nə müsbət və nə də mənfi cavab verilmişdir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*