?>
Qafqaz və Azərbaycan

Azərbaycanda 2021-ci ildə uşaqlara ən çox qoyulan adlar Əli, Yusif, Məhəmməd və Zəhra, Məryəm, Fatimə adları oldu

Azərbaycanda 2021-ci ildə uşaqlara ən çox qoyulan adlar Əli, Yusif, Məhəmməd və Zəhra, Məryəm, Fatimə adları oldu

İl ərzində doğulan oğlan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları qoyulub.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İl ərzində doğulan oğlan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları qoyulub.

Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib. Onun sözlərinə görə, adlar qoyulan zaman onların mənbəyinin və məzmunun araşdırılmasına xüsusi diqqət edilir:

"Əvvəllər gülünc adların, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulmamışdı. Amma bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır".

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*