Azərbaycan və Hicabfobiya siyasətlərinin davamı

"Direktorun qohumu hicabla məktəbə gələ bilər, qeyri şəxslər yox?" - Video

Emin Əliyev: “Sentyabrda məktəbə başlamalı olan qızım Zeynəbin sənədlərini İlqar Muradov adına 237 saylı orta məktəbə təqdim etsəm də, rəhbərlik əssasız olaraq balaca Zeynəbi məktəbə qəbul etməkdən imtina edir. Səbəb kimi də onun Hicab taxması göstərilir və Hicablı şağirdi qəbul edə bilməyəcəklərini bildirirlər.”


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əliyevlər rejimində Hicabfobiya siyastləri səngimir. Belə ki 1993-cü ildə erməni işğalçılarının hücumu nəticəsində ailəsi ilə birlikdə Cəbrayıl rayonunun Karxulu kəndindən çıxarılaraq Qarabağdan məcburi köçkün olan Emin Əliyevin qız uşağını müqəddəs Hicab daşıdığı üçün orta məktəbə dərs oxumaq üçün qəbul etmirlər.

Hal hazırda həyat yoldaşı, 6 yaşlı bir qızı və doqquz aylıq körpə oğlu ilə, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Arzu lager düşərgəsində yaşayan Emin Əliyev bu haqda açıqlama verərək deyib: “Sentyabrda məktəbə başlamalı olan qızım Zeynəbin sənədlərini İlqar Muradov adına 237 saylı orta məktəbə təqdim etsəm də, rəhbərlik əssasız olaraq balaca Zeynəbi məktəbə qəbul etməkdən imtina edir. Səbəb kimi də onun Hicab taxması göstərilir və Hicablı şağirdi qəbul edə bilməyəcəklərini bildirirlər.”

Qeyd edək ki, Emin Əliyevin sözlərinə görə, o dəfələrlə məktəb rəhbərliyi ilə danışmağa cəhd edib yaranmış problemin aradan qaldırılmasına çalışsa da, cəhdləri əbəs olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!