?>
Qarabağ İslam Torpağıdır

Azərbaycan XTD-sinin Şuşanın Daşaltı istiqamətindən yuxarı qalxdıqları həmin o sıldırım qaya – Video

Şuşaın azadlığı uğrunda gedən döyüşlər, Yenilməz Qüdrət Sahibi Olan Allahın (Əzzə Cəlaluh) Şiə Azərbaycan Xalqına bəxş etdiyi mübarək bir Qələbəsi idi. Eyni zamanda 21-ci əsrin hərbi taktikası kimi dünya ictimaiyyətinin yaddaşlarında xüsusi bir iz saxladı...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, ABŞ, Qərb İttifaqı və Rusiyanın dəstəyi ilə, xristian Ermənistan işğalçı respublikasının 98%-ni Müsəlmanlar təşkil edən Azərbaycan Respublikası əleyhinə başlatdığı İkinci Qarabağ müharibəsində Hüseynçi əsgər və zabitlərimiz şirin canlarından keçərək torpaqlarımızı geri almağa nail olmuşlar...

Təbii ki, Azərbaycanın şücaətli igidlərinin döyüşlərdə böyük rəşadətlik göstərmələri məhz İmam Hüseyn (əleyi səlam) Məktəbindən aldıqları tərbiyədən irəli gəlirdi...

Onlar, Allah Təalaya olan bağlılığı, Peyğəmbər (səllaəllahu əleyhi və alih) və Onun Pak Əhli Beytinə (əleyhimus-səlam) olan itaətkarlıqları ilə xristian ermənilərindən seçilirdilər...

Müşahidə edəcəyiniz videoda Şuşanın Daşaltı istiqamətində yerləşən qayalığı göstərilir. Azərbaycanın igid Hüseynçi hərbiçiləri məhz bu istiqamətdən dırnaqları ilə, Şuşanın sıldırım qayasına yüksəlib, Allahu Əkbər! və Ləbbeykə Ya Hüseyn! nərələrini çəkərək tank, top, ağır artireliya və zirehli texnikalarına qarşı bıçaq, kalaşnikov və tapança ilə döyüşdülər, və onları iflasa uğradaraq böyük Qələbəyə imza atdılar...

Şuşaın azadlığı uğrunda gedən döyüşlər, Yenilməz Qüdrət Sahibi Olan Allahın (Əzzə Cəlaluh) Şiə Azərbaycan Xalqına bəxş etdiyi mübarək bir Qələbəsi idi. Eyni zamanda 21-ci əsrin hərbi taktikası kimi dünya ictimaiyyətinin yaddaşlarında xüsusi bir iz saxladı...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*