?>

Azərbaycan Xəzər Dənizinə aid konvensiyanı pozub?

Azərbaycan Xəzər Dənizinə aid konvensiyanı pozub?

Azərbaycan və Türkiyənin Xəzər Dənizində sualtı hücum və müdafiə qruplarının təlim-məşqləri ciddi suallar doğurub.

ABNA24 Xəbər Verir, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan Respublikası davamlı şəkildə hərbi təlimlər keçirməkdədir. Bu təlimlərin çoxu Türkiyə ilə birgə keçirilir və əlbəttə təxminən bir aya yaxın davam edən təlimlərə Pakistan da qatılıbdır. 

Bu istiqamətdə son təlimlərdən biri Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının Xəzər Dənizində keçirdiyi təlim-məşq əməliyyatı oldu. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 7-dən başlayan və ayın 12-ə qədər davam edən təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordusunun qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsi olub. Məşqlərdə həmçinin, sualtı hücum və müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra edilib.

Təlimlərdən dərhal sonra İran İslam Respublikası və Rusiya Federasiyası Xəzər dənizindəki həmin məşqlərlə bağlı narazılıqlarını bildiriblər.

Sentyabrın 13-də İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib ki, Xəzər Dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı beş dövlətdən (İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır. Ona görə də Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır.

Bu arada təlimlərə İranla yanaşı Rusiya da öz etirazını bildirib. Rusiyanın XİN sözçüsü Mariya Zaxarova bu barədə jurnalistlərin suallarını cavablandırarkən ölkəsinin Türkiyə-Azərbaycan hərbi təlimləri ilə bağlı Bakıya mövqeyini çatdırdığını söyləyib.

Xatırladaq ki, 2018-ci il avqust ayı Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində bu ölkələr kənar qüvvələrin hərbi mövcudluğunun yolverilməz olması barədə öhdəlik götürmüşlər. Və sənədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də imza atmışdır.  

Bununla belə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bəyan edib ki, sözü gedən təlimlər Xəzəryanı dövlətlərin mövqeyinə heç də zidd deyil. Və təlimlər sadəcə olaraq Azərbaycan-Türkiyə tərəfdaşlıq münasibətlərinin bir hissəsidir.

Diplomat xatırladıb ki, Türkiyənin Xəzər Dənizinə birbaşa çıxışı olmadığı üçün türk donanmasına məxsus heç bir gəmi təlimlərdə iştirak etməyib. Və təlimlərdə yalnız Türkiyə dəniz qüvvələrinin hərbi heyəti və zabitləri iştirak edib.

Yerli siyasətçilərin hansısa arqumentdən çıxış etmələrinə baxmayaraq, bir şey məlumdur ki, təlimlər əsasən 10 noyabr bəyanatından sonra yaranmış vəziyyətlə əlaqədardır. Başqa sözlə Azərbaycan Respublikası prezidentinin “Qarabağ münaqişəsi artıq bitmişdir” deməsinə baxmayaraq Rusiya hərbçilərinin sülhməramlı adı altında Azərbaycan torpaqlarında yerləşdirilməsi və separatizmə rəvac verən əmməllərlə məşğul olması Qarabağ probleminin heç də bitmədiyini deməyə əsas verir. Ona görə də Azərbaycanın davamlı hərbi təlimləri bununla əlaqədar ola bilər. 

Əlbəttə ki, hər bir halda Azərbaycanın 2-ci və 3-cü tərəflə öz əraziləri daxilində birgə hərbi təlimlər keçirməsi onun suveren haqqıdır. Lakin sentyabrın 7-dən Xəzər Dənizində Türkiyə ilə birgə təlim-məşqlərinin keçirilməsi Azərbaycan Respublikasının digər Xəzəryanı ölkələrlə birgə qəbul etdiyi Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiyaya, eləcə də, Xəzər Dənizində sülh mühitinin ruhuna zidd olduğuna görə müəyyən reaksiyalara səbəb olubdur. Etirazlarda əsasən Xəzər dənizinin hüquqi statusuna aid anlaşmanın 2-ci maddəsinin 6-cı bəndinə istinad edirilr. Həmin bənd xəzəryanı ölkələrə aid olmayan silahlı qüvvələrin bu dənizdə hər hansı fəaliyyətinə qadağa qoyur.
Digər tərəfdən Azərbaycanla Türkiyənin Xəzər Dənizində keçirdikləri birgə hərbi təlimlər barədə deyilir ki, bu təlimlərin məqsədi döyüş əməliyyatlarının aparılması zamanı bölmələrin qarşılıqlı fəaliyyyətinin təkmilləşdirilməsi olub. Bu isə Azərbaycanın Xəzərdə Türkiyə ilə birgə hansı ölkəyə qarşı döyüş əməliyyatlarına hazırlıq görməsi barədə ciddi sual doğurur.
Təsadüfi deyil ki, bəzi analitiklər sentyabrın 18-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmilərinin qeyri-rəsmi şəkildə Bakıya gəlmələrini Rusiyanın Azərbaycan-Türkiyə təlimlərinə yumşaq reaksiyası kimi təhlil edirlər.
Ümumiyyətlə Xəzər Dənizinin sülh və dostluq dənizi adını almasını nəzərə alaraq sahilyanı ölkələrin Xəzər hövzəsindən kənar dövlətlərəin hərbçilərini bu əraziyə cəlb etmələri sülh və dostluq ruhuna zidd olaraq, regiona yaxşı heç nə vəd etmir. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*