?>

Azərbaycan və Ermənistan liderləri görüşə hazırlıqlarını bildirdilər

Azərbaycan və Ermənistan liderləri görüşə hazırlıqlarını bildirdilər

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Ermənistanın baş naziri ilə görüşə hazır olduğunu bildirib, Ermənistan bu təklifi alqışlayıb.

ABNA24 Xəbər Verir, prezident İlham Əliyev deyib: "Mən  Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram”.

Lakin Qarabağın gələcəyi barədə suala və bu regionun statusunu müəyyənləşdirməyin lazım olması barədə bəyanatlara cavab verən Əliyev bu məsələnin qapandığını bildirib: “Qarabağın statusu məsələsinə qayıtmaq mümkün deyil. Status yoxdur və hər kəs bu məsələni unutmalıdır. Qarabağda yaşayan 25 minə yaxın etnik erməni yaşayır, onlar Azərbaycan vətəndaşlarıdır və onların hüquqlarına təminat verilir.”-, deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.

Əliyevin sözlərinə görə, Ermənistan öz "xoş niyyət”ini nümayiş etdirməlidir, o zaman Azərbaycanın reaksiyası da adekvat olacaq. Lakin Ermənistan hələ də sülh təşəbbüslərinə müsbət cavab verməyib. İrəvan sərhədlərin delimitasiyası ilə bağlı Avropa İttifaqının təklifinə də cavab verməyib.

Əliyevin müsahibəsinin yayılmasından dərhal sonra Ermənistanın baş naziri

Nikol Paşinyan da İlham Əliyevlə görüşə hazır olduğunu bəyan edib.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib.

Təhlükəsizlik Şurasının katibi deyib: "Biz Azərbaycan prezidenti ilə yüksək səviyyədə görüşə hazır olduğumuzu bəyan etmişik. Biz buna əvvəllər də hazır idik və əgər İlham Əliyev də bu cür hazırlıq nümayiş etdirsə, ümid edirik ki, Minsk Qrupu çərçivəsində müzakirələr keçiriləcək və görüş yaxın gələcəkdə baş tuta bilər".

 Qriqoryanın sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayıb və ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gözlənilən səfəri bunu bir daha təsdiqləyir.

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri vurğulayıb ki, problemin bütün komponentləri üçün həll tapılmalıdır.

Müşahidəçilər bildirirlər ki, erməni tərəfinin status məsələsində israrlı qaldığını nəzərə alaraq liderlər arasında görüş baş tutsa belə, onun sülh sazişi ilə nəticələnə biləcəyini və rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olacağını söyləmək çətindir. Bu həm də onunla bağlıdır ki, status məsələsində Paşinyan söz sahibi deyil və erməni lobbi təşkilatlarının, eləcə də ABŞ və Fransanın status tələbindən vaz keçməsi real görünmür.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*