?>

Azərbaycan Respublikasının Əfqanıstankdakı sülhməramlıları Bakıda

Azərbaycan Respublikasının Əfqanıstankdakı sülhməramlıları Bakıda

Kabil hava limanından işğalçı qüvvələrin təhlükəsiz təxliyə edilməsini təmin etmək üçün Əfqanıstanda qalan Türkiyə hərbçiləri ilə yanaşı Azərbaycan sülhməramlıları bu gün Bakıya qayıdıblar.

ABNA24 Xəbər Verir, Son dərəcə gərgin anlar yaşayan Kabil Beynəlxalq Hava Limanında 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı Türkiyənin Amerika ilə razılaşması əsasında NATO hərbçilərinin təhlükəsiz təxliyyəsini təmin etməli idi. Ancaq vəziyyətin nəzarətdən çıxma ehtimalı nəzər alınaraq hərbçilərin Əfqanıstan çıxarılmasına qərar verildi.

Azərbaycanlı sülhməramlılar dünən Əfqanıstandan çıxarılaraq Ankaraya daşınıb.

Qeyd edək ki, Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsinin Əfqanıstandakı fəaliyyətindən əlavə , Azərbaycan NATO-nun Əfqanıstana qeyri-döyüş yüklərini daşıyan təyyarələrinin ölkənin hava məkanından keçməsinə və hava limanından istifadəyə icazə vermişdi.

Bununla əlaqədar ABŞ 2001-ci ildə Şimali Atlantika Alyansı ilə birgə Kabili tutandan sonra NATO qüvvələri tərəfdaş ölkələrə müraciət etdi ki, Əfqanıstana dəstək olsunlar. Və Azərbaycan da ABŞ-ın əməliyyatları çərçivəsində sülhməramlıları Əfqanıstana göndərdi.

Son günlər Əfqanıstanda və Kabil hava limanında yaranmış son vəziyyət Azərbaycan qüvvələrinin həyatının risk altında qala biləcəyi barədə ciddi nigarançılıqlar səsləndirilirdi.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*