?>

Azərbaycan Respublikası müdafiə naziri ordunu Qurban bayramı münasibəti ilə təbrik edib

Azərbaycan Respublikası müdafiə naziri ordunu Qurban bayramı münasibəti ilə təbrik edib

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov​​​​​​​ Azərbaycan Respublikası ordusunun şəxsi heyətinə təbrik müraciətində Qurban bayramının Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olduğunu bildirib.

ABNA24 Xəbər Verir, müraciətdə deyilir: “Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı insanlar arasında bərabərliyin, birliyin daha da artırılmasının və eyni zamanda cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təntənəsinə çevrilib.

General-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının keçmiş prezidenti mərhum Heydər Əliyevin milli-mənəvi dəyərləri yüksək tutduğunu Azərbaycan Respublikası xalqının adət -ənənələrinin qorunub saxlanmasına misilsiz xidmətlər göstərdiyini də diqqətə çəkmişdir.
Müraciətdə Azərbaycan Respublikasının hazırda da islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan dövlətlərdən biri olduğu bildirilib.

Azərbaycan Respublikasında müdafiə nazirinin dini münasibətlə əlaqədar ordunun şəxsi heyətini təbrik etməsi yeni hal olaraq diqqət  çəkməkdədir.

İkinci Qarabağ müharibəsində döyüşçülərdəki dini məfkurənin, şəhadət düşüncəsinin ərazilərin işğaldan azad olunması və Azərbaycanın qələbə qazanmasındakı əvəzolunmaz rolu açıq-aşkar özünü göstərdi.

44 günlük müharibədə Azərbaycanlı müsəlman döyüşçülərin dini şüarlarla şəhadət arzusu edərək əməliyyata hazırlanmaları barədə bir çox faktlar və videolar yayılmışdır.

Hələ Azərbaycan Respublikası əraziləri işğal altında olarkən də, Mübariz İbrahimov kimi tam dini inancla şəhadət tələbi ilə böyük qəhrəmanlıq hadisələri yaradan igid oğulların əməlləri ölkənin ərazi bütövlüyünün təminində dini tərbiyənin müstəsna rolunu tez-tez göz qabağına canlandırırdı.

Müdafiə Nazirinin ordunu Allahın yolunda hər şeyini verməyin və fədakarlığın simvolu olan Qurban bayramı münasibəti ilə təbrik etməsini də, vətənin müdafiəsində islami düşüncənin əhəmiyyətinə işarə kimi qiymətləndirmək olar.

Ekspertlərə görə bu reallığı nəzərə alaraq orduda və hətta məktəblərdə islam məarifinin təbliği və tədrisi prosesinə xüsusi diqqət yetirilməlidir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*