?>

Azərbaycan Qarabağ ətrafında daha bir neçə hava limanı tikir

Azərbaycan Qarabağ ətrafında daha bir neçə hava limanı tikir

Azərbaycan Dağlıq Qarabağ ətrafında daha bir neçə hava limanı tikmək niyyətindədir, ermənilər isə hava limanlarından hərbi məqsədlər üçün istifadə olunacağından ehtiyatlanırlar.

ABNA24 Xəbər Verir, Azərbaycan dövləti Füzuli hava limanından əlavə Zəngilan və Laçında daha iki hava limanı qurmaq niyyətindədir.

Hakimiyyət orqanlarına görə, onlar “beynəlxalq hava limanları” statusuna sahib olacaqlar. Ermənilər isə Azərbaycanın infrastruktur layihələrindən narahatlıqlarını gizlətmirlər. Ermənistanın İctimai Radiosu bu barədə bildirir ki, kiçik bir ərazidə nə üçün bu qədər “beynəlxalq” və sadəcə hava limanlarına ehtiyac olduğunu təxmin etmək çətin deyil. Ermənistan Radiosu iddia edir ki, elan edilmiş mülki təyinatına baxmayaraq, hava limanları sırf hərbi xarakter daşıyacaq, pilotsuz uçuş aparatları, helikopterlər və təyyarələrin yerləşdirilməsi üçün nəzərdə tutulub.

Radio qeyd edir ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı ərazilərin hərbiləşdirilməsi siyasətini davam etdirir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*