?>

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Respublikası Ordusunun Laçın və Kəlbəcər istiqamətlərindəki mövqeləri atəşə tutulub.

ABNA24 Xəbər Verir , Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ehtimal olunan tələfat barədə açıqlama verilmir. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*