?>
Qafqaz və Azərbaycan

Azərbaycan Neftini mənimsəyən BP şirkəti «Şahdəniz» layihəsindəki payını artırır

Azərbaycan Neftini mənimsəyən BP şirkəti «Şahdəniz» layihəsindəki payını artırır

“Bu, «Petronas» şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı BP-nin öz “üstünlük hüququndan” istifadə etmək haqqında «Şahdəniz» layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb”- deyə BP şirkəti bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng «Şahdəniz» yatağındakı iştirak payını artırmağa qərar verib.

Bu barədə Azərbaycan Neftini mənimsəyən BP şirkəti bildirib. Şirkət xəbər veriri, bu, «Petronas» şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı BP-nin öz “üstünlük hüququndan” istifadə etmək haqqında «Şahdəniz» layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.

BP özünün əməliyyatçısı olduğu «Şahdəniz» yatağı üzrə «Petronas» şirkətindən 1,16 % iştirak payını 168 milyon ABŞ dolları məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ «Petronas» tərəfindən öncə elan edilmiş «Şahdəniz» üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin «Şahdəniz»dəki ümumi iştirak payı 29,99 % təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.

Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*