?>

Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır

Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır

Azərbaycan Respublikasının xarici işlər naziri ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.

ABNA24 Xəbər Verir, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri ilə görüşü zamanı bildirib: "Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazırdır və bu mövqe dövlət başçımız tərəfindən səsləndirilib".

C.Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi baxımından mütəmadi şəkildə siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 19-da CNN Türk Televiziyası ilə müsahibədə ölkəsinin Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu, lakin qarşı tərəfin bundan çəkindiyini vurğulamışdır.

"Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir" ,- deyə İlham Əliyev bildirmişdi.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*