?>

Azərbaycan BMT məhkəməsini Ermənistanın tələbini rədd etməyə çağırır

Azərbaycan BMT məhkəməsini Ermənistanın tələbini rədd etməyə çağırır

Azərbaycan Respublikası BMT məhkəməsini Ermənistanın tələbini rədd etməyə çağırıb.

ABNA24 Xəbər Verir, Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində keçirilən açıq dinləmələrin ikinci gününü başa vuraraq, İrəvanın Bakıya qarşı iddiası çərçivəsində Ermənistanın təminat tədbirlər tələbini rədd etməyə çağırıb.

Azərbaycan nümayəndəsi dinləmələrin ikinci günündən sonra məhkəmədə bildirib ki, Azərbaycan Respublikası inandırıcı surətdə Ermənistan Respublikasının müvəqqəti tədbirlər haqqında tələbini rədd etməsini məhkəmədən xahiş edir.

O qeyd edib ki, erməni tərəfinin tələbləri "bu şəraitdə əsassız və yersizdir".

Qeyd edək ki, məhkəmə bu gün və dünən İrəvanın Azərbaycan tərəfindən etnik ermənilərə qarşı irqi ayrı-seçkiliklə bağlı qaldırdığı iddia üzrə müvəqqəti tədbirlər məsələsinə baxıb. 

Hakim qərarın ən qısa zamanda veriləcəyini söyləyib və dəqiq tarixin daha sonra hər iki tərəfə bildiriləcəyinə söz verib.

Bu arada beynəlxalq məhkəmənin Azərbaycana qarşı hökm çıxaracağını istisna etməyən politoloq Ərəstun Oruclu bildirib ki, 44-günlük müharibə zamanı Azərbaycanın müxtəlif bölgələrində dinc əhalinin raket atəşinə tutulmasını rəsmiləşdirib beynəlxalq tribunala təqdim etmək lazımdır. O cümlədən də noyabrın 9-da Bakıya raket atılması müharibə cinayətidir və onun da sübutlarını Haaqa Tribunalına vermək lazımdır. Amma çox təəsüf ki, başı işğaldan azad olunmuş ərazilərdə ailə biznesinin inkişafına qarışanlar məsələnin ciddiliyini anlamadılar.

"Digər tərəfdən, arxada qalan 27-illik işğal dövründə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqda da heç bir beynəlxalq tribunala əsaslı müraciət olunmadı. Halbuki bu cinayətlər həmin məhkəmənin predmeti idi. Ona görə də, indi haqlı oldugumuz halda günahkar çıxarılsaq təəccüblənmək lazım deyil", -deyə ABŞ-da mühacirətdə yaşayan azərbaycanlı politoloq vurğulayıb. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*