?>

Ayətullah Yusif Sanei vəfat etdi

Ayətullah Yusif Sanei vəfat etdi

Şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Yusif Sanei bu gün haqqın dərgahına qovuşub.

ABNA24 Xəbər Verir, Ayətullah Yusif Sanei ayaq burxulması nəticəsində çanaq sümüyü və bilək sümüyündə sınıqların yaranması diaqonuzu ilə cümə axşamı Qum şəhərində xəstəxanaya yerləşdirilmişdi. 

1937-ci ildə İsfahan vilayətinin Nikabad məntəqəsində dünyaya gələn Ayətullah Sanei 1946-cı ildə İsfahan dini elmlər hövzəsinə daxil olmuş və 1951-ci ildə təhsilini davam etdirmək üçün Qum dini elmlər hövzəsinə getmişdir. 

Şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Sanei İmam Xomeyni (r.ə) Ayətullah Brucerdi, Ayətullah Əraki, Ayətullah Mühəqiq Damad kimi böyük alimlərdən dərs almışdır. 

Ayətullah Yusif Sanei Rəhbərlik Xübrəqanı Məclisi və İran Konstitusiyasının icrasına nəzarət üzrə Negəhban Şurasının keçmiş üzvü habelə, İranın sabiq baş prokuroru olmuşdur.  

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!