?>
İlahi İncilərin Nur Sil-Siləsi

Ayətullah Vəhid Xorasani Ayətullah Həkimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ayətullah Vəhid Xorasani Ayətullah Həkimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ali Təqlid Mərcələrindən biri olan Ayətullah Vahid Xorasani Ayətullah Həkimin vəfatı ilə əlaqədar başsağlığı verib.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Şiə Aləminin Ali Təqlid MƏrcələrindən biri olan Ayətullah Uzma Vahid Xorasani Ayətullah Seyyid Məhəmməd Səid Həkimin vəfatı ilə əlaqədar başsağlığı verib.

Ayətullah Vahid Xorasaninin rəsmi xəbər portalı bu barədə belə elan edib: Ayətullah Uzma cənab Hac Seyyid Məhəmməd Səid Həkimin (Allah ona rəhmət etsin) vəfatından sonra Həzrət Ayətullah Vahid Xorasani mərhumun oğlu cənab Höccətül İslam və Müslimin Seyyid Riyad Hakim ilə telefon danışığı zamanı başsağlığı verərək, dərdlərinə şərik olduqlarını bildirdib.

Ayətullah Vəhid Xorasani həmçinin Uca Allahdan mərhumun məqamını ucaltmasını və o mərhumun ailə üzvlərinə səbr və dözümlük təmənna etdiyini vurğulayıblar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*