?>
İlahi İncilərin Nur Sil-Siləsi

Ayətullah Sistani: Nəcəf Elmi Hövzəsi görkəmli ağsaqqallarından və fəqihlərindən birini itirdi

Ayətullah Sistani: Nəcəf Elmi Hövzəsi görkəmli ağsaqqallarından və fəqihlərindən birini itirdi

Ayətullah Sistani Ayətullah Həkimin vəfatı ilə bağlı başsağlığı mesajı verib.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Şiə Aləminin Ali Təqlid Mərcəsi olan Ayətullah Seyyid Əli Sistani, Ayətullah Seyyid Məhəmməd Səid Həkimin vəfatı ilə bağlı başsağlığı mesajı verib.

Başsağlığı mesajımın mətni belədir:

 

Mehriban və Bağışlayan Allahın adı ilə

Biz Allaha məxsusuq və Ona doğru qayıdırıq

 

İlahi alim, Əhli-beyt (ə) fəqihi Ayətullah Seyid Məhəmməd Səid Təbatəbai Həkimin ölüm xəbərini böyük bir kədər və qəm-qüssə ilə aldıq.

Nəcəf Əşrəfin Eli Hövzəsi böyük ağsaqqallarından və fəqihlərindən birini itirdi. Ayətullah Həkim özünü dinə və məzhəbə vəqf etdi. Və yüksək statusa malik böyük bir elmi irs qoyaraq ömrünü elmə və xalqına xidmətdə keçirdi.

Biz, üz verən bu böyük müsibəti başda həzrət Sahibə Zaman (Allah Onun şərəfli gəlişini tezləşdirsin) olmaqla Elmi Hövzəyə, o səadətli mərhumun ailəsinə, xüsusən də iki şərəfli qardaşına, övladlarına və ümumi möminlərə başsağlığı veririk.

Allahdan onu ən yüksək məqamlarda qərar verməsini və Övliyaları olan həzrəti Məhəmməd Mustafa (səlləllahu əleyhi və alih) və Onun pak ailəsi ilə məşhur etməsini, ailəsinə və yaxınlarına səbir və sabitlik diləyirik.

Və Uca Allahdan başqa heç bir güc və qüvvət yoxdur

 

26 Məhərrəm 1443 hicri ili

Əli Hüseyni Sistani

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*