?>
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Xəbərləri

Ayətullah Ramazani: Məhəbbət ailə sabitliyinin iksiridir / Din insanların bütün cəhətlərini islah edilməsi üçündür-Foto

Ayətullah Ramazani: Məhəbbət ailə sabitliyinin iksiridir / Din insanların bütün cəhətlərini islah edilməsi üçündür-Foto

Cənab Ramazani deyib: “Əgər Allah həyatımızda olsa, istədiyimiz həyata nail olarıq. Rəhmətlik Əllamə Həsənzadə deyirdi ki, eşqin dərəcələri Qurandakı ayələrin sayına bərabərdir. Quran oxuyana deyilir ki, oxu, başa düş və hərəkət et ki, Allah sənin əlindən tutub, yüksələ biləsən. Əllamə Həsənzadə deyirdi ki, bir böyük ərşimiz və bir də daha böyük ərşimiz var, insan qəlbi daha böyük ərşdir və Allah həm böyük ərşin və də daha böyük ərşin Rəbbidir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah “Rza Ramazani” Belçikaya səfəri zamanı İran İslam Respublikasının Brüsseldəki səfirliyində olub.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi İran İslam Respublikasının Belçikadakı səfirliyinin üzvləri qarşısında çıxışında İranın bu ölkədəki səfirinə təşəkkür edib və deyib: “Bu bir qızıl fürsətdir, bu imkanlardan maksimum istifadə etməliyik. Deyə bilərik ki, “bir daha dünyada dini inqilab olmayacaq” ifadəsi beynəlxalq tənliklərə əsaslanan bir nəzəriyyə kimi irəli sürülümüşdür. Amma İmam Xomeyni (r.ə) iki məqamı qeyd etdi, biri İslamın idarəçilik planının olması, digəri isə bu planın öz prinsipləri çərçivəsində həyata keçirilə biləcəyi və mərhum İmam bunu sübut etdi.

O, davam edib: “İnqilab birdəfəlik dəyişilikə deyilir. Çoxlu insanlar var idi ki, İslam İnqilabının baş verəcəyini düşünmürdülər, hətta Elmi Hövzələr belə inqilabın baş verəcəyinə inanmırdılar, lakin İslam İnqilabı baş verdi.”

Ayətullah Ramazani İslamın əhatəliliyinə işarə edərək deyib: “Bizim İslama baxışımız dünyəvi və ya liberal baxış olmayıb, çünki bu iki növ baxışla İslama əsaslanan hökumət proqramına malik ola bilmərik. İmam Xomeyninin (r.ə) nəzəri budur ki, biz fərdi və ictimai sahələrdə dinə əsaslanan proqrama malik ola bilərik, ona görə də bizim fərdi fiqh və ictimai fiqhimiz hərtərəfli fiqhdir. Rəhmətlik Əllamə Təbatəbai əxlaqi rəylər kitabında sosialogiya sahəsində çox əhəmiyyətli bir müzakirə qaldırdı, İmam Xomeyni (r.ə) də namaz və oruc kimi fərdi qaydaların da cəmiyyətə təsir edə biləcəyinə inanırdı. Çünki fərdin islahı cəmiyyətin islahına gətirib çıxarır, fərd islah olunarsa, ailə islah olar, ailə islah olarsa, cəmiyyət də islah olar. Din insanı bütün sahələrdə və bütün ölçülərdə islah etmək üçün gəlib və cəmiyyət nisbi ləyaqətə çatmalıdır.

O əlavə edib: “Allahın Peyğəmbərə (s) nazil etdiyi ilk ayədə Allah özünü Ləyaqətli Rəbb olaraq tanıtdı. Böyük müəllimimiz rəhmətlik Əllamə Həsənzadənin bu mövzuda mülayim ifadəsi vardır. O, deyirdi ki, biz müəllim olmaq üçün Rəbbin təliminin öyrəncisi olmalıyıq. Mərhum əlavə deyərdi ki, peyğəmbərlər də şərəflidir, mələklər və Quran da şərəflidir. Qurani-Kərimin “Ləqd Kərmanə Bəni Adəm” ayəsinə əsasən, ləyaqət bütün insanlara xasdır və insan üstünlüyü onun iradəsidir ki, təqva insanın iradəsinin bariz nümunəsidir. Bu iradə və səlahiyyətdən düzgün istifadə etmək lazımdır.”

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi sözünə davam edərək deyib:” Allah-taala buyurub: “Sizi həyata çatmağa dəvət edən Allahın və Rəsulunun dəvətinə itaət edin. Həyatımız var və yaşayırıq, nəfəs alırıq, amma bu ayədən məqsəd maddi həyat deyil, rasional həyatdır, insan varlığının fəlsəfəsini ifadə edən həyatdır. Rəhmətlik Həsənzadə Amuli deyirdi ki, insan duyğusal həyatdan əqli həyata can atmalıdır, yəni müdrik olmaq, intuisiya məqamına çatmaq lazımdır. Dinləmə gücümüz doğru olduqda və yaxşı anlayıb hərəkət etdikdə, öyrənməmiz artar, Ayətullah Behcətin buyurduğu kimi, əgər insan dediklərinə əməl edərsə, çox şey öyrənər.”

Ayətullah Ramazani Əllamə Həsənzadə Amulinin bir xatirəsinə toxunaraq deyib: “Biz mərhumun xidmətinə getdiyimiz zaman o, bizə deyirdi ki, mən səni Allaha, Allahı da sənə tapşırıram, birinci cümləni başa düşürdüm, ikincisi isə məni düşündürürdü.

O, sözünə davam edərək deyib: “Din alimlərinin vəzifəsi Allahın Adını elan etməkdir və ilk növbədə bu inanc bizdə olmalıdır”. Şəhid Mütəhhəri Fransa səfərindən və İmam Xomeyni (r.ə) ilə görüşdən qayıdarkən dostlarının ondan nə gördüyünü soruşanda belə cavab vermişdir ki, İmam Xomeynidə (r.a) dörd “Amənə”-yəni “iman gətirdi” gördüm. 1- Dədəfə iman, 2- Allahın Yoluna iman, 3- Allahn Kəlamına iman və 4- Öz Pərvərdigarına iman.”

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi əlavə edib: “Allah İmam Xomeyninin (r.a) vücudunda təcəlli tapmışdır və o, heç kimdən qorxmurdu, rəvayətlərə görə, kim Allahdan qorxarsa, hamı ondan qorxar, lakin kim Allahdan qorxmasa, hər şeydən qorxar. Özümüzün və uşaqlarımızın qayğısına qalmalıyıq. Allaha deyirəm: “İlahi! Biz Sənin üçün gəlmişik deyə bilmərik, bir vəzifə yerinə yetirməyə gəlib övladlarımızı sənə tapşırırıq!”.”

Ayətullah Ramazani ailədə sevgi və dostluğun əhəmiyyətinə işarə edərək deyib: “Allah buyurdu ki, ailə sabitliyinin iksiri sevgi və dostluqdur və yalnız sevgi və dostluq qalıcıdır. Müəllimimiz Ayətullah Cavadi Amuli “Qadın cəlal və gözəllik aynasında” kitabında qeyd etmişdir ki, qadın gözəlliyin, kişi isə izzətin təcəllisidir. Qurani-Kərimin ayələrinə əsasən qadın və kişi ailədə bir-birinə təskinlik və sülh verirlər.”

Sonda cənab Ramazani deyib: “Əgər Allah həyatımızda olsa, istədiyimiz həyata nail olarıq. Rəhmətlik Əllamə Həsənzadə deyirdi ki, eşqin dərəcələri Qurandakı ayələrin sayına bərabərdir. Quran oxuyana deyilir ki, oxu, başa düş və hərəkət et ki, Allah sənin əlindən tutub, yüksələ biləsən. Əllamə Həsənzadə deyirdi ki, bir böyük ərşimiz və bir də daha böyük ərşimiz var, insan qəlbi daha böyük ərşdir və Allah həm böyük ərşin və də daha böyük ərşin Rəbbidir.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*