?>
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Xəbərləri

Ayətullah Ramazani: İslam mərkəzlərinin əsas vəzifəsi insanın əsl ləyaqətini izah etməkdir / Bütün qızıl qaydalar İslamda mövcuddur

Ayətullah Ramazani: İslam mərkəzlərinin əsas vəzifəsi insanın əsl ləyaqətini izah etməkdir / Bütün qızıl qaydalar İslamda mövcuddur

Ayətullah Ramazani: “Biz davranışlarımızla İslamı tanıtmalıyıq, bəzən yüzlərlə saat danışırıq, amma bəzən də bir əxlaqi hərəkət yüzdən çox kitabın qoya bildiyi təsiri buraxır. Bəziləri deyirlər ki, Peyğəmbər (s), İslamı Xədicənin (s) sərvəti və Əlinin (ə) qılıncı ilə inkişaf etdirdi, lakin İslamın yayılmasına səbəb olan şey Peyğəmbərin (s) əxlaqı idi ki, bu da ən qısa zamanda təsirini göstərdi.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi 14 noyabr 2021 tarixdə, bazar günü Brüsselin Rəhman Məscidində iştirak edərək, Belçika Şiə Mərkəzlərinin rəsmiləri qarşısında çıxış edib.

Ayətullah Rza Ramazani İmam Baqirdən (ə) hədis oxuyaraq buyurub: “İmam Baqirin (ə) hədisinə əsasən, namaz insanın Allahla əlaqəsinə aiddir. Oruc insanın özü ilə münasibətinə, zəkat problemlərin həlli üçün insanların digər insanlarla əlaqəsinə, həcc isə beynəlxalq əlaqələrə aiddir. Ona görə də insan bütün məsələlərdə əlaqəsini gücləndirmək istəyirsə, vilayət əlaqəsini inkişaf etdirməli və gücləndirməlidir.

 

* Əql, fiqh və Quran hökmünə görə vəhdət labüddür

O, müsəlmanların birliyinin zəruriliyinə toxunaraq deyib: “Bu gün müsəlmanlar hər zamankindən daha çox bir-biri ilə ittifaq etməlidirlər, çünki ağıl, fiqh və Qurana görə vəhdət zəruri bir şeydir”.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi məzhəblərarası dialoqun zəruriliyi ilə bağlı deyib: “Bəziləri hesab edir ki, din ardıcılları öz aralarında dialoq axtarmalıdırlar, çünki bizim hamımız və bütün İlahi peyğəmbərlər həqiqətdən qaynaqlanır. Dinlərin mahiyyəti bir həqiqətə qayıdır və bu, insan ləyaqətinin qorunmasıdır və İslam mərkəzlərinin əsas vəzifəsi insanın həqiqi ləyaqətini izah etməkdir.”

İslamda əxlaqın müzakirəsi ilə bağlı fikir bildirən Ayətullah Ramazani deyib: “Rəsuli-Əkrəmin (s) iki bəyanı var: “Əxlaqın gözəllikləri” və “Əxlaqın fəzilətləri”. Əxlaqın gözəllikləri insanın başqası ilə münasibətinin növü ilə bağlıdır, əxlaqın fəzilətləri isə təbiətin və insanın daxilindəki tərbiyəyə qayıdır. Fəxr etməliyik ki, Quran ayələrində “İnsanlarla gözəl danışın!” ayəsi kimi bir əxlaq qaydası və hökmü var. Allah bu ayədə “Bütün insanlara qarşı mehriban olmalıyıq” deyir. Təkcə dindarlara və müsəlmanlara deyil, başqa dinlərin ardıcıllarına da Xeyirxah olmalıyıq və bu, qızıl qaydadır. Əmirəl-möminin (ə) İmam Həsənə (ə) yazdığı məktubunda da məşhur əxlaqi məqama işarə edərək buyurmuşdur: “Özün üçün bəyəndiyini başqaları üçün et, özün üçün bəyənmədiyin şeyi başqaları üçün də bəyənmə."

 

* Bütün qızıl qaydalar İslamda mövcuddur

Ayətullah Ramazani əlavə edib: “Alman filosofu Hans Kunqun Qlobal Etika adlı kitabı var. Deyə bilərik ki, ümumbəşəri əxlaq, bu qızıl qaydalardır, bütün bu qızıl qaydalar İslamda mövcuddur.

Biz davranışlarımızla İslamı tanıtmalıyıq, bəzən yüzlərlə saat danışırıq, amma bəzən də bir əxlaqi hərəkət yüzdən çox kitabın qoya bildiyi təsiri buraxır. Bəziləri deyirlər ki, Peyğəmbər (s), İslamı Xədicənin (s) sərvəti və Əlinin (ə) qılıncı ilə inkişaf etdirdi, lakin İslamın yayılmasına səbəb olan şey Peyğəmbərin (s) əxlaqı idi ki, bu da ən qısa zamanda təsirini göstərdi.”

Qum Elmi Hövzəsinin yüksək səviyyəli professoru da deyib: “Xristianlığı öyrənsək görərik ki, İsa Məsihdən üç yüz il sonra məsihiyyət-xristianlıq təzəcə dirçəlməyə başladı, ondan əvvəl isə bəzi insanlar dağlarda gizli ibadət edirdilər. Amma İslam Peyğəmbərindən sonra isə, müsəlmanlar öz dinləri ilə fəxr edirdilər. Əgər bütün tarix kitablarını oxusaq, görərik ki, on üç il Mədinədə heç bir müharibə baş verməyib. Çünki Mədinədə fikir ifadəsi var idi və hər kəs öz fikrini ifadə etməkdə azaddır; İstədiyi idealogiyanı qəbul edər və ya rədd edər.”

O, Ayətullah Cavadi Amulinin əxlaqa baxışı haqqında belə deyib: “Müəllimimiz Əllamə Cavadi Amuli ədəbi üç yerə bölüb: 1- Özümüzü yetişdirmək. 2- Başqaları ilə münasibətimiz müəyyən etmək və Qurani-Kərim ədəb müəllimidir. 3- Allahla əlaqəmizi gücləndirmək və İlahi sifətləri tapmaq.”

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi əlavə edib: “İmam Rzadan (ə) kamil mömin haqqında hədis var. İmam Rza (ə) buyurur: Mömin üç xüsusiyyətə malik olmadıqca imanın həqiqətini dərk etməz; 1- Allahın xüsusiyyəti ki, insanların sirrini gizlətsin. 2- İslam Peyğəmbərinin (s) bir xüsusiyyəti ki, insanlara qarşı dözümlü olsun. 3- Allahın Vəlisinin bir xüsusiyyəti ki, çətinliklər qarşısında səbirli olmaqdır. Allah insanın sirrini açmadığı kimi, mömin də elə etməlidir. Biz çətin vəziyyətlərdə səbirli və mülayim olmalıyıq."

 

* Şiə mərkəzlərində Əhli-Beyt (ə) məktəbini tanıtmaq üçün qızıl fürsət var.

Ayətullah Ramazani bildirib: “Şiə mərkəzlərində Əhli-Beyt (ə) məktəbini tanıtmaq üçün qızıl fürsət var. Əgər hamımız Əhli-beytin vilayətinə malikiksə, bir-birimizlə mehriban olmalı, ixtilaf etməməliyik; Sözsüz ki, ixtilaf etməyimizin bizim üçün faydası yoxdur. Əllamə Təbatəbai “Haqq gəldi, batil getdi!” ayəsinin təfsirində belə bir sual ortaya qoyur ki, İslam haqq din olsa da, ixtilaflar və problemlər var, amma görəsən küfr dünyası arasında heç bir fərq yoxdurmu? Cavab verrir ki, İslamın məzmunu tam və əhatəlidir, lakin müsəlmanlar bir məsələdə doğru yolda deyillər və bu, İslam cəmiyyətlərində ixtilaflara səbəb olub. Amma küfrün məzmunu batildir, lakin bir şeydə haqlıdırlar, o da onların birliyidir.”

Ayətullah Ramazani həmçinin deyib: “İslam mərhəmət dinidir, rasionallıq dinidir və cəmiyyət üçün əhəmiyyət kəsb edir və İŞİD-in etdikləri onların öz yaradıcılığıdır və İslamla heç bir əlaqəsi yoxdur!”

Sonda deyib: “İnşallah İslamı dünyaya tanıtmaq üçün fürsətdən, xüsusən də kiberməkandan istifadə etməliyik.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*