?>
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Xəbərləri

Ayətullah Ramazani: İran İslam Respublikasının dünyada deyəcək sözü var / Şiələr yüksək elmi dərəcələrə çatmalıdır

“Bəzi elmlərdə elmin qüdrətinə arxalanan İran İslam Respublikası dünyanın ilk 10 ölkəsindən biridir və bu qüdrət İslam düşmənlərini dəhşətə gətirib. Müsəlmanlara və şiələrə ehtiyacımız var ki, dünyada öz yerlərini tutmaq üçün müxtəlif elmlərdə yüksək elmi dərəcələrə çatsınlar.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani Livana səfəri çərçivəsində İslam Maarifi Universitetində olub və universitetin prezidenti doktor Əli Ələddinlə görüşüb.

İslam Maarifi Universitetinin prezidenti doktor Əli Alaəddin bu görüşdə bildirib: “Bu il universitetin elm və akademik təhsil sahəsində yeddinci ili olduğu üçün İslam Maarifi Universiteti Livanda öz elmi mövqeyini digər universitetlərdən daha çox qazanmağa çalışır. Hazırda universitetdə 250 tələbə var və İslam Maarifi Universitetində məqsədimiz 10 min tələbəyə çatmaqdır.”

Ayətullah Ramazani qeyd edib: “Biz inanırıq ki, gözəl elm gözəl əxlaq olmadan, gözəl əxlaq gözəl elm olmadan uğur qazanmaz. İran İslam Respublikası öz elmi biliklərinə arxalanaraq dünyada söz sahibi ola bilib və dünyanın altı gücü ilə danışıqlar aparmaq qüdrətinə malikdir. Bəzi elmlərdə elmin qüdrətinə arxalanan İran İslam Respublikası dünyanın ilk 10 ölkəsindən biridir və bu qüdrət İslam düşmənlərini dəhşətə gətirib. Müsəlmanlara və şiələrə ehtiyacımız var ki, dünyada öz yerlərini tutmaq üçün müxtəlif elmlərdə yüksək elmi dərəcələrə çatsınlar.Biz İslam Maarifi Universiteti ilə məqalələr bölmələri, elmi konfransların keçirilməsi, magistratura və doktorantura pillələrində tələbə mübadiləsi üzrə əməkdaşlığa hazırıq.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*