?>
Ümüdünya Əhli-Beyt (ə) Assambleyası Xəbərləri

Ayətullah Ramazani: İmam Zaman (ə) Haqqın geniş rəhmətinin təcəllisidir

Ayətullah Ramazani: İmam Zaman (ə) Haqqın geniş rəhmətinin təcəllisidir

İmam Zamanın (ə) zühurunu və quracağı hakimiyyətinin intizarını çəkmək, Quranın və Peyğəmbərin (s) və Əhli-beytin (ə) sünnəsinin bütün əmrlərini yerinə yetirmək və bütün nəsilləri ona uyğun tərbiyə etməyə çalışmaqdan ibarətdir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, dünən, bazar günü, 15 noyabr 2021 tarixində Parisdə yerləşən “Xoca Şiə Mərkəzi”ndə Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının (ə) baş katibi Ayətullah “Rza Ramazaninin” hüzuru ilə İmam Həsən Əskərinin (ə) mübarək Milad bayramı keçirilib.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Əhli-Beytin (ə) Vilayətinin tanınması və Həzrət Bəqiyyətullaha (ə) təvəssül edilməsinin vacibliyini vurğulayaraq, özünü təkmilləşdirməyi, başqalarını yetişdirməyi düşünüb, cəmiyyəti qeybət çağında zühura hazırlamağı Şiələrin vəzifəsindən sayıb.

O, böyük Şiə mistik və alimlərindən, Ayətullah Behcət kimi şəxsiyyətlərdən sitat gətirərək, diqqət və təmərküzləşmənin İmam Zaman (ə) həzrətlərinə yönəlməsinin və o həzrət ilə ünsiyyətin vacibliyini vurğulayıb.

Ayətullah Ramazani İmam Həsən Əskərinin Şiə dünyası və Əhli-beyt (ə) məktəbindəki rolunun əhəmiyyətinə toxunaraq, belə buyurub: “Peyğəmbərin (s) vəfatından sonrakı 250 il ərzində Şiə imamlarının maarif və təlimləri İslam düşüncəsində dəyişikliyə səbəb oldu”.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Həzrət Bəqiyyətullahın (ə) vəlayəti ilə bağlı müzakirələrdə belə deyib: “Rəsuli-Əkrəm (s) buyurur ki, Həzrət Mehdinin (ə) adət-ənənələri və sünnəti mənim adətlərim və sünnətimdir. Yəni Peyğəmbər öz vəhyi ilə aləmlərə rəhmət gətirdiyi kimi, İmam Zaman (s) həzrətləri də dünyada Allahın rəhmətini inkişaf etdirmək və mərhəmətini genişləndirmək üçün zühur edəcəklər.”

Ayətullah Ramazani Peyğəmbərin ayələrinə istinad edərək dedi: Uca Allah Peyğəmbərə (s) xitab edərək buyurur: “Biz səni aləmlərə ancaq rəhmət olaraq göndəririk”. Peyğəmbər (salləllahu aleyhi və alih) də öz missiyası haqqında belə buyurmuşdur: “Buna görə də, İlahi peyğəmbərlərin görkəmli xüsusiyyətlərindən biri gözəl əxlaqa malik olmaqdır. Peyğəmbərlər xalqa və cəmiyyətə örnək olaraq digər sahələrdə olduğu kimi, həm fərdi əxlaqda, həm də ictimai məsələlərlə bağlı əxlaqda insanlara örnək olmuşlar. Ona görə də İmam Mehdi (ə) rəhmət və mərhəmət üçün gəlir, öldürmək, qılıncını çəkmək və məhv etmək üçün deyil.”

O əlavə etdi: Şiə hədislərinə əsasən, İmam Zaman (ə) Haqqın geniş rəhmətinin təcəllisidir. İmam Zaman həzrətləri ziyarətnamələrin birində bu cümlə ilə xitab olunmuşlar: “Salam olsun Sənə, ey Rəhman, Salam olsun Sənə, ey Sonsuz və Geniş İlahi Rəhmət”. Həmçinin İmam Zamandan (ə) belə nəql olunur: “Həqiqətən, sənin Rəbbinin rəhməti hər şeyi əhatə edir və mən Allahın sonsuz rəhmətiyəm” və məsumların (ə) da kəlamında deyilir ki, “İmam insanlara ata analarından daha şəfqətlidir. Hz. Mehdi (ə.s) sizin hamınızdan çox insanlara sığınacaq verir, Onun Elmi sizin hamınızdan daha çoxdur və Onun rəhmət və lütfü hamınızdan daha genişdir”.

Ayətullah Ramazani daha sonra şiələrin qeyb dövründəki vəzifələrinə toxunaraq deyib: Bizim Qeybət dönəmində olan vəzifələrimiz ilə Məsum İmamın (ə) hüzurunda olan vəzifələrimiz eynidir. Bu vəzifələrin cəmini bir cümlə ilə ümumiləşdirmək olar və demək lazımdır ki, Qeybət dövründə Şiələrin ən böyük vəzifəsi Həzrət Mehdinin (ə) zühuru və quracağı ümümdünya hökumətinin zamanını gözləməkdir; Elə bir dövlət ki bütün insanlar arasında ədalətin, əmin-amanlığın, mərhəmətin və qardaşlığın yayıldığı dövlət olacaqdır.”

O, sonda deyib: İmam Zamanın (ə) zühurunu və quracağı hakimiyyətinin intizarını çəkmək, Quranın və Peyğəmbərin (s) və Əhli-beytin (ə) sünnəsinin bütün əmrlərini yerinə yetirmək və bütün nəsilləri ona uyğun tərbiyə etməyə çalışmaqdan ibarətdir.

Qeyd edək ki, Assambleyanın baş katibini bu səfərdə Beynəlxalq Əhli-Beyt (ə) Universitetinin rektoru Höccətülislam Doktor “Səid Cəzari” müşayiət edir.

..........................

Xəbərin sonu / 167-101

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*