?>
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Xəbərləri

Ayətullah Ramazani: İmam “Musa Sədr” və Əllamə “Şərəfəddin” vəhdət hərəkatının bayraqdarları idi - Foto

Şeyx Həsən Abdullah: “Əllamə Seyid Əbdülhüseyn Şərafuddin və İmam Musa Sədrin mədəni və təbliğat fəaliyyətləri, dinlərin və məzhəblərin çox olduğu bu bölgədə həmrəylik və dinc yanaşı yaşama tərzinin hakim olmasına səbəb oldu. Bu bölgədə müxtəlif millətlərdən olan insanların və BMT qüvvələrinin olmasına baxmayaraq, müqavimət ruhu hökm sürür və bu ruhiyyə düşmənin ölkəmizin və bu bölgənin işlərinə girib qarışmasına icazə vermir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani Livana səfəri çərçivəsində Əməl hərəkatının Sur şəhərindəki nümayəndəsi Höccətül-İslam vəl-müslimin Şeyx Həsən Abdulla ilə görüşüb.

Şeyx Həsən Abdullah Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibini və onu müşayiət edən heyəti salamlayarkən dedi: “Əllamə Seyid Əbdülhüseyn Şərafuddin və İmam Musa Sədrin mədəni və təbliğat fəaliyyətləri, dinlərin və məzhəblərin çox olduğu bu bölgədə həmrəylik və dinc yanaşı yaşama tərzinin hakim olmasına səbəb oldu. Bu bölgədə müxtəlif millətlərdən olan insanların və BMT qüvvələrinin olmasına baxmayaraq, müqavimət ruhu hökm sürür və bu ruhiyyə düşmənin ölkəmizin və bu bölgənin işlərinə girib qarışmasına icazə vermir.”

O qeyd edib: Ümid edirik ki, Ümumdünya Əhli-Beyt (ə) Assambleyası ilə nəşriyyat və mədəniyyət sahələrində əməkdaşlıq edə bilək və Assambleyanın nəşr etdiyi müxtəlif əsərlərdən bölgədə istifadə edək.

Ayətullah Ramazani Hizbullah və Əməl hərəkatı arasındakı həmrəylikdən məmnunluğunu ifadə edərək görüşü davam etdirərək deyib: “Bu ittifaq müqavimətdə daha çox güc yaradacaq, müsəlmanların birliyi bu ölkənin qüdrətini artıracaq və din alimlərinin yüksək mənəviyyatını göstərəcək. Düşmənlərimiz bu birliyi pozmağa və dinlər arasında fitnə salmağa, fitnə-fəsada sövq etməyə çalışırlar.”

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi sözünə davam etdi: 70 il əvvəl Qum adlı bir kitab nəşr olundu ki, orada Qum Elmi Hövzəsi və bu Hövzənin Ali Təqlid Mərcələri və tələbələri haqqında geniş araşdırmalar aparılmışdır. Hamı çalışırdı ki, bu kitabın nə üçün hazırlandığını sual altına aparsın və belə bir kitabın hazırlanmasını əbəs bilirdilər, halbuki düşmənin 70 il əvvəl bu araşdırmadan bu gün hakimiyyətlə alimlər arasında fikir ayrılığı yaratmaq üçün istifadə edir. Bu ixtilafların tələsinə düşməmək üçün çox diqqətli olmalıyıq və bu növ fitnələr Şiələrin olduğu yerlərdə müşahidə olunandır.

 

O əlavə edib: “Biz inanırıq ki, Peyğəmbər (s) və Əhli-beyt (s) bütün müsəlmanlar üçündür və bu ümumi cəhətlərə əsasən, biz bütün müsəlmanlar və sünnilərlə əlaqəni artırmalı, təkfirçi və İŞİD cərəyanlarını həzrət Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) gətirdiyi İslamdan ayrı bilməli və uzaqlaşdırmalıyıq.”

Cənab Şeyx Həsən Abdullah elan etdi ki, bu bölgədə hər 6 aydan bir dinlərarası dialoq keçirilir və bu sevindirici haldır. Və daha da gücləndirilməlidir. Əllamə Şərafuddin və İmam Musa Sədr bu birləşdirici hərəkatın bayraqdarları, İmam Musa Sədrin Kilsədə hazır olması, dinlərarası dialoqun yolunu açdı və bu dialoq genişləndirilməlidir.

 

İclasın yekun hissəsində Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Əməl hərəkatının Surdakı nümayəndəsinə xitab edərək deyib: “Biz sizinlə bu bölgədə mədəni əməkdaşlığı davam etdirməyə hazırıq. "

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*