?>
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Xəbərləri

Ayətullah Ramazani: İlahi dinlərin ardıcıllarının hüquqlarını qorumaq ictimaiyyət arasında birliyə səbəb olacaq

Ayətullah Ramazani: İlahi dinlərin ardıcıllarının hüquqlarını qorumaq ictimaiyyət arasında birliyə səbəb olacaq

Ayətullah Ramazani: “...Dinlər arasında yaxınlaşma dinlərin ardıcılları arasında tanışlıq, məlumatlılıq, dərinləşmə və anlaşma səviyyəsini yüksəltmək və birliyə nail olmaq üçün məzhəb, etnik və milli mənsubiyyət baxımından heç bir fərq qoymadan qarşılıqlı hörməti gücləndirmək və qardaşlıq intizamlarını gücləndirmək deməkdir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani Cümə axşamı, 11 noyabr 2021 tarixdə Cenevrədə Ümumdünya Kilsələr Şurasının Ruhani Ünsiyyətinin rəhbəri Dr. Benjamin Simon və Ümumdünya Kilsələr Şurasının dekanı Dr. Simon Sean və onun bəzi professorları ilə görüşüb.

Ayətullah Ramazani görüş zamanı bildirib: “Mənim üçün bu məcmuənin əlaqəsi çox önəmlidir. İranda biz bu əlaqələri dinlərarası yaxınlaşma adı altında saxlayırıq. Dinlər arasında yaxınlaşma dinlərin ardıcılları arasında tanışlıq, məlumatlılıq, dərinləşmə və anlaşma səviyyəsini yüksəltmək və birliyə nail olmaq üçün məzhəb, etnik və milli mənsubiyyət baxımından heç bir fərq qoymadan qarşılıqlı hörməti gücləndirmək və qardaşlıq intizamlarını gücləndirmək deməkdir.”

O, daha sonra vurğulayıb: “İlahi dinlərin ardıcıllarının hüquqlarını qorumaq cəmiyyət üzvləri arasında birliyə səbəb olar.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*