?>
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Xəbərləri

Ayətullah Ramazani “Ümumdünya Kilsələr Şurası” professorlarının suallarını cavablandırdı / Bütün İlahi peyğəmbərlər rəhmət üçün gəlmişdilər

Ayətullah Ramazani “Ümumdünya Kilsələr Şurası” professorlarının suallarını cavablandırdı / Bütün İlahi peyğəmbərlər rəhmət üçün gəlmişdilər

Ayətullah Ramazani: “Biz inanırıq ki, Quranın təfsirçiləri və izah edənləri yalnız məsumlardır (əleyhimus-salam) və Məsum İmamın (Hz. Mehdinin) (ə) məsumluq məqamı indiyə qədər davam etdiyi üçün hələ də Quranın həqiqi təfsirçisi və izah edəni vardır. Digərləri isə öz təfsirlərində İlahi ayələrin bəzən bir, bəzən də bir neçə cəhətini açıqlayırlar, bütün cəhətləri bilən yeganə şəxs məsumdur. Biz başqa insanlar üçün belə bir məsumluq mövqeyi hesab etmirik!”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ayətullah “Rza Ramazani” 12 noyabr 2021 tarixdə, cümə axşamı Cenevrədə “Ümumdünya Kilsələr Şurası Məktəbi”nin bir sıra professor və tədqiqatçıları ilə görüşüb və onların müxtəlif sahələrdə suallarını cavablandırıb.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi “sünnilər və şiələr arasında fərq” haqqında sualın cavabında deyib: “Şiə və sünni arasında əsas fərq odur ki, sünni mənbələrdə sünnilər, yalnız Peyğəmbərin (s) hərəkətləri, sözləri və rəvayətləri; Amma Şiələr məsumların sözlərinə, rəvayətlərinə və hərəkətlərinə də diqqət yetirirlər. Şiələrə görə, 14 məsum vardır ki, onlar xüsusi məsum məqamına malikdirlər; Xristianlıqda hörmət və müqəddəs sayılan həvarilər kimi.”

O əlavə edib: “Bütün məsumlar ismət məqamındadırlar və bu səbəbdən onların sözləri, əməlləri və dedikləri bizim üçün örnək və dəlildir. Buna əsasən, biz inanırıq ki, məsumluq məqamı ilə əlaqə İslam Peyğəmbərinin (s) vəfat ili olan hicrətin on birinci ilində bitmir; Bu məqam Onun şəhadətindən sonra bu günə qədər davam edir.”

Ayətullah Ramazani davam edərək dedi: “Biz inanırıq ki, Quranın təfsirçiləri və izah edənləri yalnız məsumlardır (əleyhimus-salam) və Məsum İmamın (Hz. Mehdinin) (ə) məsumluq məqamı indiyə qədər davam etdiyi üçün hələ də Quranın həqiqi təfsirçisi və izah edəni vardır; Yəni Quranı hərtərəfli, tam və düzgün təfsir edə bilən şəxs mövcuddur. Digərləri isə öz təfsirlərində İlahi ayələrin bəzən bir, bəzən də bir neçə cəhətini açıqlayırlar, bütün cəhətləri bilən yeganə şəxs məsumdur. Biz başqa insanlar üçün belə bir məsumluq mövqeyi hesab etmirik!”

Ayətullah Rza Ramazani daha sonra buyurublar: “Katoliklərin hamısı Papanın səhvsizliyinə inanmır; Məsələn, Hans Kung "Papanın Tənqidi" kitabında papanın əbədi səhvsizliyini inkar edir, baxmayaraq ki, onun tənqidçi katolik olduğunu söyləmək olar.”

 

* Əhli-beyt (ə) təlimlərinin əsas xüsusiyyətləri

Ümumdünya Əhli-Beyt (ə) Məclisinin baş katibi sözünə davam edərək bildirib ki, Əhli-Beyt (ə) təlimlərini üç şeydə ümumiləşdirmək olar:

1. Onların maarifləri rasionallıqla müşayiət olunur;
2. İrfan və mənəviyyatla bağlıdır;
3. Hər yerdə onun əsası ədalətdir.

Ədalət barədə çoxlu ayələr vardır; o cümlədən “And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.” ayəsidir; Beləliklə, bütün peyğəmbərlər ədaləti bərpa etmək üçün gəliblər. Hamıya ədalətin dadını dadızdırmağa gəlmişlər.”

 

* Akademik sahədə Şiələr və sünnilər arasındakı əlaqə

Ayətullah Rza Ramazani “Şiələr və sünnilər arasında akademik əlaqələr”lə bağlı deyib: “Birinci hissə sünni və şiə professorlarının qarşılıqlı əlaqəsi və ikinci hissə İranda “İslami Məzhəblərin Yaxınlaşdırılması Universiteti”nin mövcudluğudur ki, orada təhsil alanların əksəriyyəti sünni tələbələridir. Biz bu universitetdə Şiə ədəbiyyatını, mədəniyyətini düzgün ifadə etməyə çalışırıq. Daha yüksək səviyyələrdə də bu əlaqələrimiz movcud olub; Ayətullah Uzma Burucerdi və Şeyx Şəltut kimi şəxsiyyətlər ki, Cəfəri fiqhini rəsmiləşdirmişlər, indi də İran universitetlərində təhsil və üsul elmləri sahələrində Hənbəli fiqhi və Şafii fiqhi və s. sünni fiqhləri öyrənilir.”

Ayətullah Ramazani “müxtəlif ideyaların mövcudluğunu və birlik yaratmaq üçün çoxlu səylərin olduğunu nəzərə alsaq, niyə bu birliyə nail olunmayıb?!” sualına belə cavab verib: “Biz iki insanın, iki dinin və ya iki qrupun eyni düşüncə tərzinə malik olmasını istəmirik. İnsan ləyaqəti olan dinin mahiyyətini və bu mahiyyəti özləri ilə gətirənləri təhqir etməməyə çalışmalıyıq. Bütün İlahi peyğəmbərlər sevgi, sülh və ədalətin yayılması üçün Allahdan gəlmişlər.”

 

* Xristianlıqdan gözlənti

Dünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi “Xristianlıqdan gözləntiniz nədir?” sualına cavab olaraq deyib: “Biz xristianlığın və İslamın dini liderlərindən Allahın ən mühüm təliminə, yəni insanın məqamını və ləyaqətini qorumaq üçün səy göstərmələrini gözləyirik. Onlar İslam və Xristianlığın həqiqi təlimlərini təbliğ etməklə, zülmü və yoxsulluğu insanlardan uzaqlaşdırmaq, bütün insanların sülh, mənəviyyat və əxlaqla birlikdə yaşaması üçün səy göstərməlidirlər. Elə bir yerə çatmalıyıq ki, heç kim İncil, Tövrat və Quranı təhqir etməyə imkan verməsin. İbrahimdən Musaya, İsaya və Məhəmmədə (s) qədər İlahi peyğəmbərlər məsxərəyə qoyulmamalı və bəşəriyyət üçün müqəddəs olaraq qalmalıdırlar; Çünki insan təbiətcə müqəddəsliyə meyllidir.”

 

* İranda çoxlu sayda qız tələbə

Ayətullah Ramazani “İran universitetlərində qız tələbələrin sayının kişi tələbələrlə müqayisədə artmasının səbəbi nədir?” sualına cavabında deyib: “Bəzi sahələrdə bu rəqəm bərabərdir, bəzilərində isə sahəyə görə oğlan və qızların sayı fərqlidir. Qeyd etmək lazımdır ki, dünya əhalisinin yarısı qadınlardan ibarətdir və məhz qadınlar təhsil və araşdırmalarda iştirak etməlidirlər və buna görə də təhsil və tədqiqatda kişi və qadın arasında heç bir fərq olmamalıdır.

 

* Şiələrdə radikalların mövcudluğu

Ayətullah Ramazani “Radikal fikirli şiələr varmı?” sualına cavab olaraq deyiblər: “Bütün dinlərdə radikal fikirlər var. Müxtəlif əsrlərdə Xristianlıq və Yəhudilik arasında radikal cərəyanlar olub və indi də var. İslam məzhəblərində də belədir; Məsələn, bizim fikrimizcə, “İŞİD” qətiyyən müsəlman deyil. Minlərlə insanın başını kəsən şəxslər Quranın və ismətin heç bir əsasları ilə uyğun gəlmirlər.”

 

* Şiə mistisizmi

Ümumdünya Əhli-Beyt (ə) Məclisinin baş katibi sonda əlavə edib: “İrfan bir növ qəlb bilgisidir ki, insan həqiqəti öz daxilində hiss edir və varlıq aləmində elə bir mərhələyə çatır ki, Allahdan başqa heç kəsi ən böyük qüdrət və hikmət sahibi olaraq görmür. İrfanda fikir və rəy baxımından o yerə gəlirik ki, varlıq Allahın qüdrəti və hikmətidir və Allahın bütün Ad və Sifətləri kainatın hərtərəfinə yayılmış və əhatə etmişdir.”

 

* Beynəlxalq Əhli-Beyt Universitetinin prezidentinin çıxışı

Əhli-Beyt (ə) Universitetinin rektoru höccətülislam doktor “Səid Cəzari” də bu görüşdə iştirak edən tələbə və tədqiqatçıların bir sıra suallarını cavablandırıb.

O, Şiə prinsiplərini vurğulayaraq deyib: “Şiələrin əksəriyyəti sünni cərəyanından fərqli olaraq, xristianlıq və kilsə ilə dinlərarası qarşılıqlı əlaqədə və dialoqda mühüm nöqtə və prinsipləri birləşdirirlər. Əsasən, Şiə təfəkküründə teoloji və əqidəti anlayışlar iki mühüm din olan yəhudilik və xristianlıqda əsas olan prinsiplərə əsaslanır. Şəhidlik, şəfaət, məsumluq, Qiyamət, rəcət (qiyamətdən öncə ölülərin qayıdışı), qeybə etiqad və bu kimi məsələlər Şiə mütəfəkkirləri və kilsə arasında müştərək iman elementləridir.

Əhli-Beyt (ə) Universitetinin rektoru əlavə edib: “Biz inanırıq ki, dinlərin və onların məzhəbləri arasındakı fərqlilik və fikir ayrılığının bir hissəsi onların müxtəlif coğrafiyalardakı mədəni prinsiplərinə, bir hissəsi isə siyasi cərəyanlarla bağlıdır. Əslində, bu iki məsələ diqqətlə nəzərdən keçirilərsə, dinlərarası qarşılıqlı əlaqə asan məsələ olar.”

Cənab Cəzəri Şiələrin on iki imamının mövcudluğuna toxunaraq dedyib: “Şiələrin on ikinci imamı Həzrət Mehdi (ə) adlanır və biz hamımız inanırıq ki, İmam Mehdi (ə) ilə həzrət İsa (ə) arasında heç bir ayrılıq yoxdur və İmam Mehdi (ə.s) bəşəriyyəti xilas etmək üçün həzrət İsa ilə birlikdə zühur edəcək.

O fikirlərinə belə əlavə edib: “Xristianlıq da, şiəlik də qiyamətə inanır; Ona görə də qiyamət məsələsi hər iki din üçün vacibdir. Qiyamət haqqında qeyd edilə bilən məqamlardan biri də “şəfaət” məsələsidir. Şəfaət bəzi sünnilərin inanmadığı və rədd etdiyi mənəvi və mistik bir dostluqdur. Şiə İslamına görə, şəfaət mistik vəhdət və ya birlik kimidir.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*