?>
Fransada Şiə Təşkilatları ilə Görüşdə;

Ayətullah Ramazani: Əhli-Beyt (ə) ardıcılları Qərb ölkələri üçün bir nemətdir / Qərb cəmiyyətlərində Şiələrin qanunpərvərliklərinin nümunəsi

Ayətullah Ramazani: Əhli-Beyt (ə) ardıcılları Qərb ölkələri üçün bir nemətdir / Qərb cəmiyyətlərində Şiələrin qanunpərvərliklərinin nümunəsi

Ayətullah Ramazani daha sonra “İslamda ünsiyyət sahələri” haqqında danışıb: “Nəfslə ünsiyyət”, “Allahla ünsiyyət”, “Cəmiyyətlə ünsiyyət”, “Beynəlxalq arenada ünsiyyət” və “Təbiətlə ünsiyyət”, beş mövcud olan münasibət növüdur və İslam nöqteyi-nəzərindən onların hər biri üçün xüsusi qaydalar bəyan edilmişdir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bir sıra dini və dinlərarası görüşlər üçün Avropaya səfər edən Ayətullah Rza Ramazani 13 noyabr 2021 tarixdə şənbə günü “Fransada Şiə təşkilatları” üzvləri ilə görüşüb.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi bu görüşdə, İslam düşmənlərinin keçmişdə olduğu kimi bu gün də İslamı əksi formada tanıtdırmağa çalışdıqlarına işarə edərək bildirib: “Bizim bir müsəlman kimi əsas vəzifəmiz İslamı hərtərəfli bilməkdir. Ayə və hədislərin düzgün başa düşülməsinə əsaslanan İslam dini həm fərdi məsələlərə, həm də ictimai perspektivə toxunan əhatəli hərtərəfli bir dindir.

“Hərtərəfli” və “əhatəli” dedikdə İslamın, dünya baxışını və axirət baxışını əhatə edən bir din olduğu nəzərdə tutulur. Quranda deyilir ki, “Dünyadakı nəsibini unutma!”; Bizim dünyadan bir payımız var ki, axirətə çatmaq üçün gərək ona diqqət yetirək. Bəzi insanlar yalnız dünyanın görünüşünə, bəziləri isə axirətə diqqət yetirir, hər ikisi yanlış fikirlərdir və “Onlar dünya həyatının zahirini (görünən tərəfini) bilir, axirətdən isə xəbərsizdirlər.” ayəsi bu ifadəni təkmilşədirir.

 

* İslamda ünsiyyət sahələri

Ayətullah Ramazani daha sonra “İslamda ünsiyyət sahələri” haqqında danışıb: “Nəfslə ünsiyyət”, “Allahla ünsiyyət”, “Cəmiyyətlə ünsiyyət”, “Beynəlxalq arenada ünsiyyət” və “Təbiətlə ünsiyyət”, beş mövcud olan münasibət növüdur və İslam nöqteyi-nəzərindən onların hər biri üçün xüsusi qaydalar bəyan edilmişdir.”

Bu İslam mütəfəkkiri sözünə belə davam edib: ““Liberal İslam” təfəkküründə ancaq insanın Allahla əlaqəsi və insanın özü ilə əlaqəsi nəzərdə tutulur ki, bu da ayə və hədislərə ziddir; Çünki İslamın cəmiyyətlər və insanların bir-biri ilə münasibəti sahəsində də qayda və qanunları vardır.”

Ayətullah Ramazani İslama aid edilən zorakılığın bu dinlə heç bir əlaqəsi olmadığını vurğulayaraq əlavə edib: “La ilahə illəllah və Allahu Əkbər sözləri ilə başqa insanların başını kəsənlərin, şübhəsiz ki, İslamla heç bir əlaqəsi yoxdur. Bunları İslam düşmənləri düzəldiblər. Quran ayələrinə nəzər saldıqda görürük ki, Quran heç bir şəkildə öldürməyə və öldürülməyə icazə vermir.”

 

* Heç bir peyğəmbər zorakılıq üçün göndərilməmişdir

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi bəzi şübhələrə cavab olaraq ideoloji müzakirələrdə mövzuların fikir və düşüncə ilə irəli sürülməli olmasını vurğulayaraq bildirib: ““İslamın həzrət Xədicənin (səlamullahi əleyha) sərvəti və İmam Əlinin (əleyhi səlam) qılıncı ilə yayıldı” və yaxud “İslam zorakılıq dinidir” deyənlər tam səhf fikirdədirlər. Çünki bu iddiaların heç bir Quran və ya rəvayət əsası yoxdur. Həzrət Peyğəmbərin (s) dövründə müsəlmanlar çox əziyyət çəkirdilər. Buna görə də onların bir çoxu özlərini müdafiə etmək üçün Peyğəmbərdən (s) icazə istədilər; Amma Peyğəmbər bu icazəni vermədi. İslam düşmənləri Peyğəmbəri (s) və bir çox müsəlmanı öldürmək üçün hiylə qurdular və o, Məkkədən Mədinəyə hicrətə göndərildi. Peyğəmbər (s) Mədinə şəhərində məskunlaşdıqda, müşriklər onu öldürmək və İslamı məğlub etmək üçün Mədinəyə getdilər; Burada Peyğəmbər (s) özünü və müsəlmanları müdafiə etməli oldu. Ona görə də İslam peyğəmbərinin zorakılıq peyğəmbəri olduğunu və ya İslamın zorakı din olduğunu söyləməyin elmi, tarixi və Qurani əsası yoxdur.”

Cənab Ramazani firiklərini əlavə edərək deyib: “Bütün surələri – bir surə istisna olmaqla – “Bismillahir-rəhmanir-rəhim” ifadəsi ilə başlayan Quran; “Rəhman”, “Rəhim”, “Qafur” və “Rauf” kimi sözlərin dəfələrlə işlədildiyi Quran, şübhəsiz ki, zorakılıq dininin kitabı olmayacaq. Təkcə İslam deyil, biz inanırıq ki, heç bir peyğəmbər və ya din zorakılıq üçün gəlməyib.

“İsanın Allahı rəhmət Allahı və Məhəmmədin Allahı zorakılıq Allahıdır!” anlayışı Allahın və bəşəriyyətin düşmənləri tərəfindən hazırlanmışdır. İslamın inkişafına səbəb olan, həzrər peyğəmbərin Qurandan qaynaqlanan əxlaqı idi. Uca Allah, “Sən böyük əxlaq sahibisən!”, “(Ya Rəsulum!)Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar...” kimi bir neçə ayədə Peyğəmbərin (s) əxlaqını bəyan etmişdir. Bu, bizə xəbər verir ki, Allahın lütfü ilə Həzrət Peyğəmbər (s) yumşalırdı və insanlar ona belə cəlb olunurdular.”

Ayətullah Ramazani İmam Sadiq (əleyhis-salam) bu haqda belə buyurur: “Allah-taala öz peyğəmbərini tərbiyə etdi və o, Allahın istədiyi yerə çatdıqda onun haqqında buyurdu: “Sən böyük əxlaq sahibisən!”. Deməli Allah Təala rəsulunu tərbiyə etdi, hətta ən gözəl şəkildə. Təlim mükəmməlləşəndə ​​isə dedi: " Sən böyük əxlaq sahibisən!".”

 

* İslam ümmətinin vəhdətinə ehtiyacın vurğulanması

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi “İslam ümmətinin vəhdətinin zərurətinə” toxunaraq deyib: “Bizim hamımız üçün - xüsusilə Əhli-beyt ardıcılları üçün vacib və əhəmiyyətli olan İslam ümmətinə və İslam ümmətinin birliyinə diqqət yetirməyimizdir. Bəziləri açıq şəkildə “sünni ümməti” və “şiə ümməti” ifadəsini qeyd edirlər! Bir halda ki, “sünni ümməti” və “şiə ümməti” ideyası İslam düşmənləri tərəfindən düzəldilmiş bir layihədir. Bizim təqib etməli olduğumuz şey İslam ümmətinin birliyidir və böyük şiə rəhbərlərinin inandığı da budur.”

İslam Dinlərinin Yaxınlaşması üzrə Dünya Assambleyasının Ali Şurasının üzvü sözünə davam edib: “İŞİD-in təfəkkürü və davranışı” hətta sünni alimləri tərəfindən də bəyənilmir və hamı yekdilliklə bunu rədd edir. Biz bu ekstremist və təhlükəli ideyalarla da əməli mübarizə apardıq; Ona görə də şəhid Hacı “Qasim Süleymani” bu vəhşilərə qarşı duran və qalib gələn bir insan idi.”

Ayətullah Ramazani “terrorla mübarizə apardıqlarını iddia edənlərin ikiüzlülüyünə” toxunaraq deyib: “ABŞ terrorla mübarizə apardığını iddia edir; Halbuki bu ölkənin özü terroru becərərək Suriyaya, İraqa, Əfqanıstana və başqa yerlərə göndərir. Bunlar sadəcə özlərinin yaratdıqları ssenarilərdir.”

 

* İslamın xüsusiyyətləri

O, “vəhdət və harmoniyanın Əhli-Beyt (ə) məktəbinin tanıdılmasında böyük rol oynaya biləcəyini” vurğulayaraq bildirib: “İslamın xüsusiyyətlərinin əsasını təşkil edən “rasionallıq”dır; Çünki İslam ağıl, düşüncə və rasionallıq dinidir. Hətta İslamda namaz və oruc kimi ibadətlər də ağılın razılığı ilə olur.”

Universitet və Elmi Hövzə professoru “mənəviyyatı” İslamın ikinci xüsusiyyəti kimi təqdim edərək deyib: “Bütün Quran ayələri və Əhli-beytin (ə) rəvayət və kəlamları məna aləminə diqqət yetirir və işarə edir ki, insan mənəvi və əqli inkişafa malik olmalıdır. Materiada qərar tapan insan, yəni bu dünyaya gələn insan intellektini, qəlbini tərbiyə etməklə rasional və intuitiv insana çevrilməlidir. Axtardığımız mənəviyyata Allah rəhbərlik edir və diqqəti ən mükəmməl olan ali reallığa yönəldir. Təqib etdiyimiz mənəviyyat bir-birimizə və Allahın dininə görə cavabdehdir. Ruhaniyyətin və ya mənəviyyatın əleyhinə deyildir. Ona görə də təlimlərdə mənəviyyatın yer alması vacibdir.”

 

* İnsan cəmiyyəti ədalətsizlikdən, yoxsulluqdan və səfalətdən əziyyət çəkir

 

Ayətullah Ramazani "ədaləti" İslamın üçüncü meyarı indeksləyərək və İslamda ədalətin yeri barəsində belə ifadə buyurublar: “Ədalət, Allahın bütün peyğəmbərlərinin arzusu olub və "And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər." ayəsində bu qeyd etmişdir. Bəşər cəmiyyətinin əziyyət çəkdiyi isə yoxsulluğa və səfalətə səbəb olan ədalətsizlikdir.”

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi əlavə edib: “Beləliklə, biz İslamı müəyyən mənada rəhmət dini, rasionallıq dini, mənəviyyat dini, ədalət dini və mərhəmət dini kimi tanıta bilərik”. Tolerantlıq, insanlıq arasında dözümlülük deməkdir. Buna görə də İslam Peyğəmbəri buyurur: Yəni, məni haqq olaraq göndərən Allah mənə insanlara səbirli olmağı əmr etdi.

 

* Qərb ölkələrində Əhli-beyt (ə) ardıcıllarının olması qiymətlidir

O, Əhli-Beyt (ə) məktəbinin hərtərəfli tanınmasını vurğulayaraq əlavə edib: “Qərb dövlətlərinin diqqət etməli olduğu məsələ odur ki, Əhli-beyt (ə) ardıcıllarının ölkələrdə mövcudluğunu qənimət bilsinlər;" Çünki onlar ekstremizmə, zorakılığa, qanunsuz hərəkətlərə qarşıdırlar.”

Cənab Ramazani Qərb cəmiyyətlərində şiələrin qanunpərvərliklərinə misal olaraq demişdir: “İmam Xomeyni (r.ə) Fransada “Nouvelle Loshato”da olarkən, İmamı müşayiət edənlər evdə qoyun kəsərək bozbaş bişirdilər. O yeməkdən bir qədər İmamın yanına gətiriləndə İmam soruşdu: “Bu qoyun əti haradan gəlib və harada kəsilib?”. İmamı müşayiət edənlər dedilər ki, biz burada kəsmişik və öz işlərinə haqq qazandırmağa çalışırdılar. İmam buyurdu: Fransa hökuməti sizə belə bir yerdə heyvan kəsməyə icazə verir, yoxsa qoyun kəsmək üçün xüsusi yeri vardır? Dedilər ki, mümkündür buna icazə verilməsin. İmam buyurdu: “Elə isə, mən bu yeməyi yemirəm”. Bunlar diqqət etməli olduğumuz vacib məqamlardır. Mən özüm də Avropada olduğum 13 il ərzində buna diqqət yetirmişəm.

 

* İfadə azadlığını qorumaq, eyni zamanda müqəddəsliyə hörmət etməklə yanaşı olmalıdır

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi deyibi: “Qazandığım təcrübə əsasında bilirəm ki, biz Əhli-Beyt (ə) məktəbini düzgün tanıyıb tanıtdırmalıyıq və sonra qəzavət etməyi digərlərinin öhdəsinə buraxmalıyıq; Çünki onlar özləri istər-istəməz Əhli-Beytə (ə) cəlb olunacaqlar. Şiə alimləri bir xristianı İslamı qəbul etməyə məcbur etmək istəmirlər; Daha doğrusu, Əhli-beyt (ə) məktəbini düzgün tanıtmağa çalışırlar.”

O, sonda “ifadə azadlığını qorumaq, eyni zamanda müqəddəsliyə hörmət etməklə yanaşı olmalıdır” ifadəsi ilə yekunlaşdıraraq deyib: “Papaya göndərdiyimiz məktubda qeyd etmişdik ki, “söz azadlığını” küfr və təhqirlə eyniləşdirməyin ki, söz azadlığı adı altında müqəddəslik təhqir olmamalıdır, daha doğrusu, heç bir müqəddəs kitabı və ya peyğəmbəri təhqir edilməməlidir. Müqəddəs insanların karikaturasını çəkmək, başqalarının müqəddəsliyinə hörmətsizlik insan zəkasına və təbiətinə ziddir."

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*