?>
Qərb-Asiya Xəbərləri – Rusiya Federal Respublikası

Ayətullah Rəisi ilə Putinin görüşü təxirə salınıb

Ayətullah Rəisi ilə Putinin görüşü təxirə salınıb

Kremlin sözçüsü Dmitri Peskov, Şanxay Əməkdaşlıq Təşkilatı Liderləri Zirvəsi çərçivəsində İran Prezidenti Ayətullah Seyyid İbrahim Rəisi ilə Rusiya Prezidenti Putin arasında görüşün təxirə salındığını bildirib.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Kremlin sözçüsü Dmitriy Peskovun bildirib: "Rusiya prezidenti Vladimir Putinin İran prezidenti İbrahim Rəisi ilə görüşü Rusiya liderinin karantini səbəbiylə təxirə salınıb".

Sputnik –in verdiyi məlumata görə, Peskov, karantində olan Putinin sağlamlığının yaxşı olduğunu və heç kimin sağlamlığı üçün də təhlükə olmadığını qeyd edib.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin, yaxın ətrafda aşkar edilən koronavirus hadisələrinə görə karantində idi.

Xatırladaq ki, İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali daha əvvəl Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatı Liderləri Zirvəsi zamanı Ayətullah Seyyid Rəisi ilə Putinin üz-üzə görüşə biləcəyini söyləmişdi.

Prezident İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatı Liderləri Zirvəsinə qatılmaq üçün gələn cümə axşamı Tacikistana gedəcək.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*