?>

Ayətullah İsa Qasım: “Qasım Süleymani və Əl-Mühəndis gələcək nəsillərə cihad məktəbidir”

Ayətullah İsa Qasım: “Qasım Süleymani və Əl-Mühəndis gələcək nəsillərə cihad məktəbidir”

Ayətullah Şeyx İsa Qasım Qələbə komandirlərinin şəhadətindən bir xatirə olaraq qalan ən vacib məsələnin İslam ümmətinin bir çox rejiminin cihad vəzifələrini və müqəddəs müdafiələrini unutması olduğunu bildirib.

ABNA24 Xəbər Verir, Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım Qələbə komandirlərinin şəhadətindən bir xatirə olaraq qalan ən vacib məsələnin İslam ümmətinin bir çox rejiminin cihad vəzifələrini və müqəddəs müdafiələrini unutması olduğunu bildirib.

Ayətullah İsa Qasım açıqlamasında bunları deyib: “İslam ümmətinin bəzi hökumətləri, rəqiblərinə qarşı ABŞ və sionist düşmənləri ilə əl-ələ verdilər”.

Şəhid Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadətlərinin İslamın və ümmətin qorunmasında liderlik və istiqamətləndirici rolunun olduğunu qeyd edən Ayətullah İsa Qasım, belə deyib: “Gələcək nəsillər üçün Allah yolunda yaşayan dinamik cihad məktəbinə çevrildilər”.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*