?>

Avropada sel nəticəsində həyatını itirənlərin sayə artıb

Avropada sel nəticəsində həyatını itirənlərin sayə artıb

Avropada daşqın qurbanlarının sayı yüz doxsana çatıbdır, bunlardan yüz əlli yeddisi Almaniyada həyatını itirib.

ABNA24 Xəbər Verir, Avropanın qərbində leysan yağışların yağmasından və sel və daşqınlardan üç gün keçir. Təbii fəlakət körpülərin və yolların dağılmasına, elektrik və telefon xətlərinin qırılmasına səbəb olub.

Məlumata əsasən, Almaniyanın cənubunda və Avstriya ilə sərhəddə vəziyyət hələ də kritikdir, güclü yağışlar davam edir. 

Reynland-falts və Şimali Reyn-Vestfaliya sakinlərinin normal həyatı selin ağır ziyanları səbəbindən pozulub.

Belçikada daşqınlar ən azı otuz bir nəfərin ölümünə, yüz altmiş üç nəfərin itkin düşməsinə və mindən çox insanın evsiz qalmasına səbəb olub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*