Əlaqələr

İİR, Rusiya və Türkiyə BMT-dən Soçi bəyanatını rəsmi sənəd olaraq tanınmasını tələb etdi

İran İslam Respublikası, Rusiya və Türkiyə BMT baş katibi Antonyo Quterresə ortaq məktub göndərib.

İİR, Rusiya və Türkiyə BMT-dən Soçi bəyanatını rəsmi sənəd olaraq tanınmasını tələb etdi

Sözügedən məktubu İİR-ın BMT-dəki xüsusi nümayəndəsi Qulaməli Xoşru, Rusiya rəsmisi Vasili Nebenzya və Türkiyədən Firuddin Sinirlioğlu imzalayıblar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası, Rusiya və Türkiyə BMT baş katibi Antonyo Quterresə ortaq məktub göndərib.  

Məktubda baş katibdən Soçidə Suriya böhranı ilə bağlı bu ölkələrin yayımladığı sənədlərin BMT Təhlükəsizlik Şurası tərəfindən rəsmi sənəd olaraq yayınlanmasını tələb olunub.

Sözügedən məktubu İİR-ın BMT-dəki xüsusi nümayəndəsi Qulaməli Xoşru, Rusiya rəsmisi Vasili Nebenzya və Türkiyədən Firuddin Sinirlioğlu imzalayıblar.

Qeyd edək ki, Türkiyə, İran və Rusiya prezidentləri Soçi şəhərində görüş keçirərək Suriyada sülh və əminamanlığın təmin edilməsi üçün reallaşdırdıqları əməkdaşlığa davam edəcəklərini bəyan ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

conference-abu-talib
We are All Zakzaky