İslam Həmrəylik Dinidir

Hicablı aktivistlər terrorizm əleyhinə əl-ələ tutaraq insan zənciri yaratdı, Londonda – Foto

Aksiya 5 dəqiqədən az keçirilsə də, lakin mediada böyük renesansa səbəb olmuşdur.

Terror əleyhinə insan zənciri yaradan Hicablı aktivistlər Londonda baş verən terroru pisləyib və bu kimi addımlara qarşı nifrətlərini bildirib. Onlar “İslam zorakılığa qarşıdır” və “bu hadisə bizim hamımızı hədəfə alıb” kimi şüarlar səsləndirib və Londonda baş verən terror hadisəsinin İslamla heç bir əlaqəsi olmadığını həmçinin terror qurbanlarının ailələri ilə həmdərd olduqlarını vurğulayıblar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün İngiltərə tarixində ilk dəfə olaraq xeyli sayda Hicablı qadın İngiltərə parlanmeti yaxınlığında yerləşən Vestminster körpüsü üzərində əl-ələ tutaraq insan zənciri yaradıb. Aksiya 5 dəqiqədən az keçirilsə də, lakin mediada böyük renesansa səbəb olmuşdur.  

Terror əleyhinə insan zənciri yaradan Hicablı aktivistlər Londonda baş verən terroru pisləyib və bu kimi addımlara qarşı nifrətlərini bildirib. Onlar “İslam zorakılığa qarşıdır” və “bu hadisə bizim hamımızı hədəfə alıb” kimi şüarlar səsləndirib və Londonda baş verən terror hadisəsinin İslamla heç bir əlaqəsi olmadığını həmçinin terror qurbanlarının ailələri ilə həmdərd olduqlarını vurğulayıblar.

Qeyd edək ki, ötən Çarşənbə günü bir ifratçı terrorçu Londonda Vestminster körpüsü üzərində piyada insanları maşını altına alaraq bir neçə nəfəri qətlə yetirmiş və yaralamışdır. Daha sonra o maşını İngiltərə parlanmenti binasına tərəf sürərək orada maşından düşüb qapıda gözətçi işləyən polisə bıçaq zərbələri endirərək qətlə yetirmişdir. Ümumilikdə terror nəticəsində 5 nəfər ölüb, 40 nəfər də yaralanmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!