Yaxın Şərq Xəbərləri

Bəşər Əsəd terrorçuların İraqa göndərmək üçün nəzərdə tutulmuş kimyəvi silah anbarını partlatdı

Bəşər Əsəd terrorçuların İraqa göndərmək üçün nəzərdə tutulmuş kimyəvi silah anbarını partlatdı

Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, aprelin 4-də səhər saatlarında Xan-Şeyxunun şərq hissəsində Suriya aviasiyası terrorçuların mövqelərinə zərbə endirib. Nəticədə terrorçular tərəfindən İraqa göndərmək üçün nəzərdə tutulmuş, eləcə də Hələbdə tətbiq olunan zəhərli maddələrin və döyüş sursatlarının istehsal edildiyi sexlər məhv edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, aprelin 4-də səhər saatlarında Xan-Şeyxunun şərq hissəsində Suriya aviasiyası terrorçuların mövqelərinə zərbə endirib. Nəticədə terrorçular tərəfindən İraqa göndərmək üçün nəzərdə tutulmuş, eləcə də Hələbdə tətbiq olunan zəhərli maddələrin və döyüş sursatlarının istehsal edildiyi sexlər məhv edilib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, sözügedən anbarlardakı kimyəvi silahların terrorçular tərəfindən istifadə edilməsi dəfələrlə həm beynəlxalq təşkilalar, həm də bu ölkənin hökuməti tərəfindən sübuta yetirilib.

Bildirək ki, "Reuters" agentliyi dünən Londonda yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə Mərkəzinə istinadla Suriyanın İdlib əyalətindəki Xan-Şeyxun məntəqəsində Suriya, yaxud Rusiya təyyarələrinin hava zərbəsi nəticəsində 58 nəfərin, o cümlədən 11 uşağın öldüyünü yazıb. Agentlik hava zərbəsində zəhərli kimyəvi qazdan istifadə edildiyini iddia edib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

قدس راه شهداء
Eksklüziv Buraxılış İslam Sərdarları Hac Qasım Süleymani və Əbu Mehdi əl Muhəndisin Şəhadəti
We are All Zakzaky
conference-abu-talib