?>

Avropa Parlamentindən Ankaraya reaksiya

Avropa Parlamentindən Ankaraya reaksiya

Avropa Parlamentinin sədri Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın on ölkənin səfirini Ankaradan qovmaq barədəki təhdidinə cavab verib.

ABNA24 Xəbər Verir, David Sassoli bir tvitter mesajında belə yazıb: On səfirin çıxarılması Türkiyə hökumətinin müstəbidcəsinə hərəkətinin nişanəsidir; biz qorxmayacağıq.

Bu avropalı rəsmi həmin tvitter mesajında bir daha Osman Kavalanın azad edilməsini tələb edib.

Türkiyə prezidenti şənbə günü bildirdi ki, Osman Kavalanın azad edilməsini tələb edən Almaniya və ABŞ da daxil olmaqla on ölkənin səfiri arzuolunmaz şəxs elan ediləcək.

Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və Amerika ötən bazar ertəsi günü yaydqları bəyanatda Türkiyə hökumətindən Ərdoğan hökumətinin əleydarlarından olan Ankaranın tanınmış müxalif siması- Osman Kavalanın işini dərhal və ədalətli şəkildə araşdırmasını istəmişdi.

Avropa Birliyi Şurası da son zamanlar bu məsələ ilə bağlı Türkiyəni sanksiya etməklə hədələyibdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*