?>

Avropa Birliyinin diplomatik missiyası Kabilə qayıdır

Avropa Birliyinin diplomatik missiyası Kabilə qayıdır

Avropa Birliyi, diplomatik missiyasını Kabilə qaytarmaq niyyətindədir.

ABNA24 Xəbər Verir, "Financial Times" qəzetinin məlumatına görə, Avropa Birliyi Taliban rejimi ilə məhdud əlaqələrini dərinləşdirmək istədiyi üçün bir ay ərzində Əfqanıstandakı diplomatik nümayəndəliyini yenidən açmaq niyyətindədir.

Qəzetin məlumatına əsasən, AB, nümayəndələrinin bu ölkəyə qayıtma ehtimalını nəzərdən keçirmək üçün ötən ay Əfqanıstana diplomatik missiya göndərib. 

Taliban ötən sentyabr ayında bütün ölkələri səfirliklərini açmağa çağırıb.

Avropa Birliyi keçən ilin avqust ayında bütün xarici nümayəndə heyətlərini və ailələrini Əfqanıstandan çıxarıb.

Taliban,  avqustun 15-də Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəninin ölkədən çıxmasından sonra Kabilə girdi.

Analitiklər Taliban qüvvələrinin Əfqanıstanda hakimiyyətə gəlişini ABŞ və digər Qərb ölkələrinin 20 illik hərbi müdaxiləsinin sonu kimi qiymətləndirirlər.

ABŞ və digər NATO üzvləri 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisələrinə cavab olaraq, Əfqanıstana qarşı hərbi hücuma keçdilər və o, zamandan bəri onların Əfqanıstanda işğalçılığı və hərbi varlığı davam edir. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*