?>
Qarabağ İslam Torpağıdır

Atası, oğlu Şəhid gizir Əmirli Tofiq haqında dedikləri və cavan nəsilə verdiyi tövsiyyələri – Video

“Oğlum dininə çox bağlı bir şəxs idi. Ağılı kəsəndən namaz qılır, oruc tuturdu. İslamla bağlı əlamətdar günlərində oruc tutmaq xasiyyəti var idi onun. Oğlumun 40 mərasimində onunla eyni vaxtda, bir yerdə döyüşən hərbi yoldaşı söhbət edirdi ki, Tofiq oruc idi. Nə qədər etdik ki, getməsin su dalınca. Amma o sözə baxmadı və getdi. Erənilər onun açıq hədəfdə olduğu üçün milamyot və mərmi atəşlərinə tutsalar da lakin ona heçnə olmadı... Suyu bizə gətirib çatdırdı. Özü isə o sudan içmədi. Hamı elə bilirdi o bulaqdan doyunca su içib amma mən bilirdim ki, Tofiq oruc idi və su içməmişdir... Bir neçə gün sonra isə Tofiq oruca halında şəhid oldu... ”


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ Müharibəsi zamanı döyüş meydanlarında parlayan və hamıdan daha irəlidə gedən igidlər sırasında bütün bölgələr arasında Azərbaycanın Talış Bölgəsinin igidləri daha parlaq idi. Birinci Qarabağ müharibəsində olduğu kimi İkinci Qarabağ müharibəsində də Azərbaycan Respublikasının bölgələri sırasında Talış Bölgəsi ən çox Şəhid və ən çox Qazi verənlərin sırasında birinciliyi qoruyub saxlamışdır...

44 günlük Vətən Müharibəsində çox sayda Şiə balaları, ağaları İmam Hüseynə (əleyhi səlam) iqtida edərək, şirin canlarından keçib Şəhidlik məqamına yüksəldilər. Bir çoxları isə müxtəlif bədən yaraları alaraq Qazilik məqamına ucalıdlar. Belə igidlərdən biri də XTD-nin Giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğlu idi.

Vətən müharibəsində qəhrəmancasına şəhid olan gizir Əmirli Tofiq Şəmsəddin oğlunun qəhrəmanlığından hamı danışır. Hətta qardaş Türkiyənin televiziya kanallarında da şəhid gizirimizin qəhrəmanlığı haqqında da reportaj getmişdir...

Şəhid Tofiq Əmirli 1992-ci il fevralın 27-də Azərbaycanın Talış Bölgəsinin Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. 2000-ci ildə isə valideynləri ilə birlikdə Cəlilabad şəhərinin Göytəpə qəsəbəsinə köçmüşlər.

XTD giziri olan Tofiq Əmirli 2020.09.27 tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ Müharibəsində Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı və "Vətənə xidmətə görə" ordeni ilə, 24.12.2020-ci il tarixli Sərəncama əsasən isə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir...

Damğa Tv-nin əməkdaşına müsahibə verən Şəhid gizir Əmirli Tofiqin atası Şəmsəddin müəllim isə oğlu barəsində bəzi məlumatları vermiş və gənclərə öz tövsiyyələrini etmişdir.

Söhbət zamanı məlum oldu ki, Tofiq şəhid olandan sonra anası Xatirə xanım da bu acıya dözməyərək dünyasını dəyişib. Şəhidimizin atası, coğrafiya müəllimi Şəmsəddin Əmirli Tofiqdən danışır:

“Mən artıq gecə yuxuda görmüşdüm ki, Tofiq şəhid olub. Amma özümü inandırmağa çalışırdım ki, ona heç nə olmayıb. Çünki anası da narahat idi, istəmirdim o da nəsə bilsin. Elə oldu ki, oktyabrın 13-də Tofiqin şəhid xəbəri gəldi… Oktyabrın 14-də isə onu böyük izdihamla dəfn etdik. Tofiq həmişə deyirdi ki, “şəhid olmaqdan qorxmuram, amma qorxuram ki, anam dözməyə”.”

“Anası mənə təsəlli verirdi, özü də ağlamırdı. Amma sən demə, bu dərdi içindən çəkirmiş. Bir dəfə qəfildən halı pisləşdi, həkimə apardıqdan sonra özünə gəldi. Amma ikinci dəfə oktyabrın 26-da onu həkimlərin müdaxiləsinə baxamayaraq həyata qaytara bilmədik. Elə onu da Tofiqin məzarı yanında dəfn etdik. Daha sonra eşitdim ki, anası namaz qılanda deyirmiş ki, “Allah, özümü öldürə bilmirəm, günahdır, sən özün məni öldür”. Elə belə də oldu. Tofiqdən sonra anası da dünyasını dəyişdi…

Tofiq Əmirlinin necə şəhid olması barəsində də danışan atası belə deyib: “Oğlumun şəhid olması barəsində çox sözlər vardır. Televiziyadan onun Oruc halında şəhid olduğunu və sonra üzür mərasimində onun susuz şəhid olduğunu eşitdim. Doğrusu mən buna inanmaq istəmirdim. Amma həqiqətən o... Birinci çox dindar adam idi . Dininə çox bağlı bir şəxs idi. Ağılı kəsəndən namaz qılır, oruc tuturdu. İslamla bağlı əlamətdar günlərində oruc tutmaq xasiyyəti var idi onun. Oğlumun 40 mərasimində onunla eyni vaxtda, bir yerdə döyüşən hərbi yoldaşı söhbət edirdi ki, Tofiq oruc idi. Nə qədər etdik ki, getməsin su dalınca. Amma o sözə baxmadı və getdi. Erənilər onun açıq hədəfdə olduğu üçün milamyot və mərmi atəşlərinə tutsalar da lakin ona heçnə olmadı... Suyu bizə gətirib çatdırdı. Özü isə o sudan içmədi. Hamı elə bilirdi o bulaqdan doyunca su içib amma mən bilirdim ki, Tofiq oruc idi və su içməmişdir... Bir neçə gün sonra isə Tofiq oruca halında şəhid oldu... ”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!