?>

Armen Griqoryan: Qarabağ münaqişəsi həll olunmayıb

Armen Griqoryan: Qarabağ münaqişəsi həll olunmayıb

Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi növbəti dəfə Qarabağ münaqişəsinin həll olunmadığını iddia edib.

ABNA24 Xəbər Verir , Armen Griqoryan deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmaması, Dağlıq Qarabağ məsələsi ilə şərtlənir.

Qarabağ münaqişəsinə toxunan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, münaqişə hələ də həll olunmayıb, problemin hərtərəfli həlli ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində verilməlidir.

Griqoryqan həmçinin mayın 28-də Azərbaycan qoşunlarının atəşkəs rejimini pozması və nəticədə Ermənistan Silahlı Qüvvələrinin hərbçisinin həlak olması iddia edərək, Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulmasını yolverilməz hesab edib.

Erməni rəsmi daha sonra qeyd edib ki, Azərbaycan vaxtaşırı Ermənistan ərazisindən keçən “nəqliyyat dəhlizi”nin açılması məsələsini qaldırır. Lakin Ermənistan Respubliksaının ərazisindən dəhliz məntiqi ilə hər hansı nəqliyyat marşrutu keçə bilməz. 

O, həmçinin vurğulayıb ki, Ermənistan, Rusiya və Azərbaycanın bütün üçtərəfli bəyanatlarına əsasən, dəhlizlərdən söhbət getmir.

Müşahidəçilərin fikrincə, Ermənistan dövlət rəsmisinin bu sözləri Azərbaycan Respublikası prezidentinin son açıqlamasına cavab olaraq ifadə olunub. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən İlham Əliyev bildirib: “Rəsmi İrəvan öz iddialarından əl çəkməzsə, Ermənistanın özünün ərazi bütövlüyü sual altında qalacaq.”

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*