?>

ARM inanclıların işgəncəsinə və Allahın təhqir olunmasına münasibət bildirdi

ARM inanclıların işgəncəsinə və Allahın təhqir olunmasına münasibət bildirdi

Azərbaycan Ruhanilər Məclisinin (ARM) inanclıların işgəncəsinə və Allahın təhqir olunmasına münasibət bildirib.

ABNA24 Xəbər Verir , Azərbaycan Ruhanilər Məclisinin yaydığı bəyanatda deyilir:  "Son günlər ölkə gündəmini bürümüş və İslam dünyasına sirayət etmiş arzuolunmaz mövzu həqiqətən də ağrılı-acılı və dözülməz bir haldır. Müsəlman ölkəsində İslamın müqəddəsatına, xüsusilə, Mütəal Allaha qarşı hörmətsizlik yolverilməzdir. Görünən budur ki, müsəlman ölkəsi olan Azərbaycanımızda inanclı və qeyri-inanclı insanlara qarşı törədilən alçaldıcı hərəkətlər yeni bir tərzdir. Bu yenilik müsəlmançılıq və azərbaycançılığa ziddir.

Azərbaycan Ruhanilər Məclisi məmurların anti-İslam hərəkəti ilə bağlı etirazı haqlı hesab edərək qeyd edir ki, məsələnin həlli üçün aclıq aksiyasına başlayan ruhani Hacı Tale Bağırzadə və digər inanclı şəxslərin sağlamlığına görə narahatdır. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*