Təhlil

əliyevlər rejiminin Nardaran əməliyyatı Nardaran məhbusunun gözü ilə…

Və ya o hadisənin Azərbaycan cəmiyyətinə verdiyi faydalar…

əliyevlər rejiminin Nardaran əməliyyatı Nardaran məhbusunun gözü ilə…

Tale Bağırzadə öz çıxışlarında ölkədəki ictimai-sosial məsələləri təhlil edir və məmur özbaşınalıqlarının qarşısının alınmasının vacibliyindən danışırdı. Hakimiyyət isə özünü qüsursuz bilir və bu tənqidləri həzm edə bilmirdi. Bu, diktatorlara məxsus tərzdir. Nəticədə Tale Bağırzadəni uzunmüddətli həbsə salmaq üçün böyük bir cinayət törədildi.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi- 26 noyabr 2015-ci ildə Azərbaycanda ikinci Kərbəla hadisəsi baş verdi. Cəmyyət növbəti polis özbaşınalığının şahidi oldu. Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran kəndində möminlərə namaz qılan vaxtda atəş açdı. Dinc əhaliyə hücum çəkdi, 6 nəfər vətəndaşımızı şəhid etdi, dörd nəfər hadisə yerində namaz qılan vətəndaşı, 2 nəfər də mömin polis yoldaşlarını güllələdilər. Yerdə qalanlara, xüsusən dəyərli alim Hacı Tale Bağırzadəyə şiddətli işgəncələr verərək həbs etdilər. Bir neçə gün sonra da həbslər başladı. Ümumilikdə bu polis zorakılığında 70-dən çox dinc günahsız vətəndaşlara ağır maddələrlə cinayət işi açıldı.

Sözsüz ki, bu hadisə özü-özlüyündə xoş hadisə deyildi. Xalqa, möminlərə qarşı terror idi. Amma bu hadisənin müsbət tərəfləri də mövcuddur. Bu məqamlara birlikdə nəzər salaq:

Bizə qarşı terror törədildi

1. Nardaran hadisəsində bir daha hamımız şahid olduq ki, ölkədə qətiyyən söz və fikir azadlığı yoxdur;

Heç kimə sirr deyil ki, hakimiyyət Nardaran hadisəsini dəyərli alim Tale Bağırzadənin çıxışlarına görə törətdi. Bu, əvvəlcədən hazırlanmış bir ssenari idi. Tale Bağırzadənin 3-cü dəfə həbsi üçün qurulmuş bir plan idi.

Tale Bağırzadə öz çıxışlarında ölkədəki ictimai-sosial məsələləri təhlil edir və məmur özbaşınalıqlarının qarşısının alınmasının vacibliyindən danışırdı. Hakimiyyət isə özünü qüsursuz bilir və bu tənqidləri həzm edə bilmirdi. Bu, diktatorlara məxsus tərzdir. Nəticədə Tale Bağırzadəni uzunmüddətli həbsə salmaq üçün böyük bir cinayət törədildi.

Əlbəttə, bu hadisə bir daha hakimiyyətin doğru-haqq söz qarşısında acizliyini göstərdi. Hamıya bir daha agah oldu ki, ölkə Konstitusiyasında vətəndaşın söz və fikir azadlığı kimi fundamental hüquqları nəzərdə tutulsa da, əslində isə bu hüquqlar kobud surətdə pozulur. Ölkədə kəskin diktatura hökm sürür.

2. Nardaran hadisəsi bir daha sübut etdi ki, ölkədə polis özbaşınalığı və zorakılığı pik həddədir.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi naşı və qeyri-peşəkar şəkildə Nardaran kəndinə basqın edərək dinc əhaliyə qarşı terror etdi. Silahlanmış şəkildə namaz qılan camaata qarşı zorakılıq etdilər. Sanki ermənilərlə müharibədə idilər. Qeyri-adi polis zirehli texnikaları kəndi mühasirəyə almışdı. Özləri törətdiyi cinayət əməlini elə qələmə verdilər ki, sanki bunlara qarşı nəsə olub. Heç bir əməliyyat çəkilişi olmadan, heç bir terror əlaməti olmadan, heç bir qeyri-adi hadisə baş vermədən “biz terrorçuları zərərsizləşdirdik” dedilər. Namərdcəsinə dedilər bu sözləri…

Əlbəttə, bunların dediklərinə yalnız axmaqlar və düşüncəsizlər inandı. Şərəflilər inanmadı.

Şübhəsiz, bu hadisə bir daha təsdiqlədi ki, ölkədə polis anarxizmi baş verməkdədir. Polis heç bir sərhəd tanımadan əlindəki səlahiyyətdən sui-istifadə edərək bu xalqa qan uddurur. Xalqı kobudcasına aşağılayır, insanların şərəf və ləyaqəti ilə oynayır.

3. Nardaran hadisəsi bir daha açıq-aşkar isbatladı ki, hakimiyyət dinlə düşmənçilik etməkdədir. Hər vəchlə və hər fürsətdə ölkədə islam dininin yayılmasını məhdudlaşdırmağa çalışır.

Nardaran kəndinin günlərlə blokadada saxlanılması, kəndə zəruri qida vasitələrinin buraxılmaması, xüsusi təyinatlı qüvvələrin və zirehli texnikaların kəndə yeridilməsi, həbs olunanlara və öldürülənlərin cəsədlərinə verilən işgəncələr, kənddəki Məhərrəm ayını əks etdirən qara bayraqların və şüarların təhqiramiz şəkildə məhv edilməsi, kənddəki meydanların sökülməsi, dini kəlam və hədislərin silinməsi, kənddəki zirayətgahın bağlanması və digər amansız hərəkətlər açıq-aşkar göstərdi ki, bu hakimiyyətin imkanı olsa, bu məmləkətdə islam dinini tamamilə yığışdırar və inanclıları güllələyər.

Şübhə yoxdur ki, dində düşmənçilik edənlərin axırı həmişə rəzalət olmuşdur. Bunu tarix sübut etməkdədir.

4.Nardaran hadisəsi cəmiyyətimizin dindar-mömin cameəsinə bir sıra müsbət təsirlər göstərdi

Vəhdət möhkəmləndi.

Nardaran hadisəsi ilk növbədə dini cameəni böyük təəccübdə buraxdı. Belə Heç kim gözləmirdi və inanmırdı ki, möminlərə və Nardaran kəndinə böyük böhtan atılsın. Amma bu reallıq idi – möminlər böyük zülmə məruz qalmışdı. Bu hadisələr öz-özlüyündə dini cameənin vəhdətinə, bir-birinə dayaq olmasına, daha da sıx birlşməsinə, maddi-mənəvi yardımlaşmasının möhkəmlənməsinə səbəb oldu.

Dinin müdafiəsinin əhəmiyyəti dərk olundu.

Mömin-dindar cameə bir daha idrak etdi ki, Nardaran hadisəsi onlara qarşı böyük terror və zorakılıq idi. Məqsəd də dini dəyərlərin zəiflədilməsi və möminlərə göz dağı vermək idi. Amma bu əks effekt verdi. Dini cameə anladı ki, dinin, islami dəyərlərin qorunub saxlanılması, müdafiəsi hər şeydən vacibdir. Dini dəyərlər bizə asanlıqla gəlməyib və biz də bu dəyərləri asanlıqla qopara bilmərik. Ona görə bu hadisədən nəticə çıxarmaq lazımdır ki, dinin düşmənləri var və hər fürsətdə bu dəyərlərin aradan çıxarılmasına çalışırlar. Cəmiyyəti qorxutmağa çalışırlar. Bizsə yalnız Allahdan qorxmalıyıq, bəndələrdən yox.

Şəhidlərimiz tarixə düşdü- Kərbəla hadisəsi sanki təkrarlandı.

Nardaran hadisəsində polis zorakılığına məruz qalan qardaşlarımız haqqa qovuşdu, şəhid oldu. Şahid oldular bu zülmlərə. Onlar diridirlər. Onların qanları qiymətlidi. Bu şəhidlər Azərbaycan tarixinə düşdü. Nardaran kəndi əsilli-köklü bir kənd olaraq, növbəti dəfə bu hadisəyə şahid oldu. Namaz üstündə vuruldular. Şəhidlərin sərvəri İmam Hüseyn (ə) kimi.
Bu hadisə bir daha təsdiqlədi ki, tarixdə haqq şəhidləri insanlıq olduqca olacaqdı. Şəhid bir cəmiyyətin baş tacıdır. “Şəhidlərin qanı cəmiyyətin oksigenidir” demişdir şəhid Mürtəza Mütəhərri.

Nardaran hadisəsi həmçinin həbs olunanların və zorakılığa məruz qalanların sayı (70-74 nəfər), kəndin suyunun-çörəyinin kəsilməsi, amansız işgəncələr, uşaqlara və qadınlara atəşin açılması və digər məqamlar sözün həqiqi mənasında Kərbəla hadisəsini xatırlatdı. Hər gün Aşura, hər yer Kərbəla şüarı bir daha bariz görürdü. Məzlumun zülmə məruz qaldığı gün Aşura, həmin məkansa Kərbəladır. 26 noyabr 2015-ci il tarixi Aşura, Nardaran isə Kərbəla oldu.

5.Xarici hüquq-müdafiə təşkilatları, beynəlxalq aləm Azərbaycan hakimiyyətinin ölkədə vətəndaşların hüquq və azadlıqlarını kobud şəkildə pozduğunun və kəskin diktaturanın hökm sürdüyünün bir daha şahidi oldu.

Azərbaycan hakimiyyəti beynəlxalq aləmdə özünü tam şəffaf bir siyasət aparan kimi göstərməyə çalışır. Öhdəlik götürdüyü beynəlxalq təşkilatlara mütəmadi olaraq saxta hesabatlar verir.

Nardaran hadisəsi bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti demokratiyadan kənardır. Xarici media, beynəlxalq hüquq təşkilatları haqqın-ədalətin kimin tərəfində olduğunu aydınlaşdırdı. Hər kəs bildi ki, terrorçu kimdir. Terror – dinc əhaliyə hücum deməkdir. Bu işi də Azərbaycan hakimiyyəti bizə qarşı törətdi.

Vüsal Nadiroğlu
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib