?>

Anti-Şiə Əliyevlər rejiminin “Saray Mollası” olmaq istəyənlərin NƏZƏRİNƏ

Anti-Şiə Əliyevlər rejiminin “Saray Mollası” olmaq istəyənlərin NƏZƏRİNƏ

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) din xadimi kimi işləmək istəyənlər üçün lazım olan sənədlər təqdim edilməlidir.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

O deyib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il tarixə qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

• Tərcümeyi-hal;

• Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

• Sağlamlıq haqqında arayış;

• Narkoloji dispanserdən arayış;

• Ruhi-əsəb dispanserindən arayış;

• Məhkumluq barədə arayış;

• Foto (3x4) (4 ədəd);

• Ərizə.

• Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*