?>

Anti-Şiə əliyevlər rejimin “itləri” Allahı da söyüb, Süleyman Ələkbərova işgəncə veriblər

Anti-Şiə əliyevlər rejimin “itləri” Allahı da söyüb, Süleyman Ələkbərova işgəncə veriblər

Süleyman Ələkbərov: “...Əllərini torbanın içinə salıb saqqalımı yolurdular. Ən pis söyüşlərlə söyürdülər. Allahı da söyürdülər".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Müsəlman Birliyi Hərəkatının üzvü Süleyman Ələkbərov mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin bağında saxlanaraq anti-Şiə əliyevlər rejiminin 22-ci itxana (polis) bölməsinə aparılıb. O, başına gələnləri vetenugrunda.az-a danışıb:

"Məni 22-ci bölmədən başıma qara torba keçirib çıxardılar. Hiss etdim ki, maşına mindirdilər və yolda maşının dönməsindən bu yolun "Bandotdel"-ə getdiyini dəqiqləşdirdim. Çünki mən Bakıda doğulub böyümüşüəm, bütün şəhəri əlimin içi kimi tanıyıram.

Əllərimi arxadan qandalla çox sıx bağlamışdılar, tərpəndikcə kəsirdi biləklərimi.

Pilləkənlərdən hiss etdim ki, ikinci mərtəbəyə çıxartdılar.

Məni üzüüstə yerə yıxıb, başımı təpikləməyə başladılar.

Belimin üstünə çıxıb, hoppanıb düşürdülər.

Əllərini torbanın içinə salıb saqqalımı yolurdular.

Ən pis söyüşlərlə söyürdülər.

Allahı da söyürdülər".

YADDAŞ

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Razi Hümbətovun məhkəmə prosesində iştirak etmək üçün bağda gözləyənlərə polislər dağılışmasını və ərzaidən uzaqlaşmasını tələb ediblər. Bundan sonra polislər bağda məhkəmənin bitməsini gözləyənləri qovub ərazidən uzaqlaşdırıblar, Müsəlman Birliyi Hərəkatının 5 üzvünü -Mail Kərimov, Ağaəli Yəhyayev, Elgiz Məmmədovu, Süleyman Ələkbərovu və İmran Məmmədovu saxlayaraq 22-ci polis bölməsinə aparıblar.

Mail Kərimov və Süleyman Ələkbərov 22-ci polis bölməsindən "bandotdel"-ə aparılıb. Ağaəli Yəhyayeva həmin günü Nəsimi məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə 30 sutka inzibati həbs cəzası verilib. İmran Məmmədov və Elgiz Məmmədova mayın 21-də Nəsimi rayon məhkəməsində hər birinə 30 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, ictimai fəal, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Razi Hümmbətov 2021-ci il iyulun 7-də saxlanıb. Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham edilib. Mayın 20-də hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Razi Hümmətov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Müsəlman Birliyi Hərəkatı Hümbətovun həbsi ilə bağlı yaydığı bəyanatda onun həbsini sosial şəbəkələrdəki tənqidi paylaşımları və narkomaniyaya qarşı mübarizə aparması ilə əlaqələndirib.

Qeyd edək ki, məhkəmə açıq keçirilsə də zala bütün proseslərdə ancaq Razi Hümmbətovun atası və qardaşı buraxılıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*