?>

Amerikanın Luisvill şəhərində fövqəladə vəziyyət

Amerikanın Luisvill şəhərində fövqəladə vəziyyət

Amerikanın Luisvill şəhərinin meri ehtimal olunan anti-rasizm etirazları ilə mübarizə aparmaq məqsədilə bu şəhərdə fövqəladə vəziyyət elan edib.

ABNA24 Xəbər Verir, Amerikanın Missisipi ştatının Luisvill şəhərinin meri Qreq Fişer həmçinin şəhərin giriş və çıxış yollarının bağlanması haqda göstəriş verib. O, bu hərəkətlərdə məqsədi, ehtimal olunan anti-rasizm aksiyaları ilə mübarizə aparmaq elan edibdir.

Şəhərin əsas bölmələri tətil olub və şəhərin mərkəzinə getmək üçün polisin yoxlama-buraxılış məntəqələrindən keçmək imkanı çətinləşibdir.

Luisvill şəhərində fövqəladə vəziyyət, şəhər polisi tərəfindən qaradərili tibb işçisi Breonna Teylorun qətlə yetirilməsi ilə bağlı şəhər məhkəməsi hökmünün oxunması ərəfəsində bərqərar edilibdir.

Polisin cari ilin may ayının 25-də afroamerikalı Corc Floydu qətlə yetirmək üzrə kobud hərəkəti Amerika boyu hələ də davam etməkdə olan rasizm və polis zorakılığına qarşı geniş etirazların başlanması ilə nəticələnibdir.

Son həftələr ərzində Amerikadakı anti-rasizm etirazlarında minlərlə nəfər yaralanıb və həbs olunubdur.

ABŞ prezidenti Donald Tramp anti-rasizm aksiyalarının yatırılmasını himayə edibdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!