?>
Amerika Xəbərləri - ABŞ

Amerikada ən çox satılan kitab Həzrət Məhəmməd Peyğəmbərin (s) həyatından bəhs edən kitabdır

Amerikada ən çox satılan kitab Həzrət Məhəmməd Peyğəmbərin (s) həyatından bəhs edən kitabdır

Bu kitab Salman Rüşdinin Həzrət Muhəmməd Peyğəmbər haqqında Qərbə təqdim etdiyi saxta görüntünü düzəldib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Armstronq ən məşhur kitablarının birində İslam Peyğəmbərinin (s) həyatından bəhs edir. Bu kitab ABŞ-da ən çox satılan kitablardan biridir.

İrlandiyalı müəllif Karen Armstronq vurğulamışdır: “Məhəmməd: İslam Peyğəmbərinin həyatı” adlı kitab, İslamın və Həzrət Peyğəmbərin (s) həqiqi mənzərəsini təqdim etmək məqsədi ilə yazılmışdır. Bu kitab Salman Rüşdinin Həzrət Muhəmməd Peyğəmbər haqqında Qərbə təqdim etdiyi saxta görüntünü düzəldib.

Üç İbrahim dininin müqayisəli tədqiqi daxil olan bu kitabda, müəllif Qərbin müsəlmanlara təsirindən və qərblilər arasında İslamın təhrif olunmuş imicinin korreksiyasından bəhs edir.

Qeyd edək ki, Karen Armstronq 2006-cı ildə “Məhəmməd: Zamanımızın Elçisi” kitabını nəşr etdirib. Bu kitab İslam Peyğəmbərinin həyatından bəhs edir. Bu kitab böyük tarixi şəxsiyyətlərin həyatından bəhs edən “Görkəmli ömür” silsiləsinin bir hissəsidir.

Bu kitab onun İslamın əziz Peyğəmbəri (s) haqqında yazdığı ikinci kitabıdır.Bu kitablarda o, müsəlmanların öz Peyğəmbərini necə qəbul etdiklərini və ona olan baxışlarını, o həzrətə necə iman gətirdiyini və onu müqəddəs tutmasından bəhs edir.

Karen Armstronq İslam Peyğəmbərini (s) zahid, siyasi və ictimai islahatçı kimi təsvir edir, onun rasionallıq və dözümlülük xüsusiyyətini vurğulayır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*