?>

Amerika xəstəxanalarında böhran

Amerika xəstəxanalarında böhran

Amerikada koronavirusdan irəli gələn yatırma hallarının artması bu ölkədəki xəstəxanalar və müalicə kadrını ciddi böhranla üzləşdiribdir.

ABNA24 Xəbər Verir, bütün Amerika boyu yüz otuz min doxsan nəfərdən çox insan COVID-19 xəstəliyinə tutulduğuna görə, xəstəxanaya yatırılıb.

Bu rəqəm həmin xəstəliyin Amerikada yayılmağa başladığı zamandan bəri görünməmiş bir göstəricidir.

Belə bir halda, COVID-19 xəstələrinə baxmaq üçün Amerika xəstəxanalarının vəziyyəti son dərəcə qeyri-qənaətbəxşdir.

Koronavirus xəstələrinin qəbulu üçün bir çox xəstəxanalarda demək olar ki, yer yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına görə, indiyədək Amerikada on yeddi milyon 394 min 314 nəfər koronavirusa yoluxub. 314 min 629 nəfər isə öz həyatını itiribdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*