?>

Amerika Kiber Təhlükəsizlik Şirkəti: 200 təşkilat hək edilib

Amerika Kiber Təhlükəsizlik Şirkəti: 200 təşkilat hək edilib

Amerika Kiber Təhlükəsizlik Şirkəti iddia edibdir ki, hakerlər kiber hücumu ilə iki yüzə yaxın amerikan təşkilatın informasiyasını oğurlayıblar.

ABNA24 Xəbər Verir, Massaçuset ştatında yerləşən Amerika Kiber Təhlükəsizlik Şirkəti- “Rekord Fyuçer” bildiribdir ki, 198 təşkilatın hək olunduğunu üzə çıxarıb.

“Rekord Fyuçer” bu kiberhücumların amilnin rus hakerləri olduğunu iddia edib.

Təxminlərə əsasən, təhqiqatların davam etdirilməsilə hək olunmuş şirkət və təşkilatların sayı artacaqdır.

ABŞ mediaları, həmçinin bu ölkənin yüksək vəzifəli rəsmiləri aşkar şəkildə Rusiyanı amerikan federal orqanlar və şirkətlərə qarşı kiberhücumların əsas amili adlandırırlar.

Amerika prezidenti Donald Tramp isə öz rəsmi tvitter səhifəsində yazıbdır ki, bu kiberhücumlar «saxta xəbərlər mediaları»nda həddindən artıq şişirdilir.

Tramp sonra yazıb: Hər hansı bir hadisə baş verən kimi, medialarda «Rusiya, Rusiya, Rusiya!» fəryadı qalxır ki, bu da daha çox maliyyə dəlillərinə görədir.

Əlbəttə, Tramp elə bir halda mediaları, amerikan federal orqanlar və şirkətlərə qarşı kiberhücumlarda Rusiyanın adının hallanmasında əsas məsul tərəf kimi təqdim edibdir ki, onun öz hökumətinin yüksək vəzifəli rəsmilərindən bir neçəsi, o sıradan dövlət katibi Mayk Pompeo Rusiyaya qarşı belə bir ittiham irəli sürüblər. Rusiya isə bu ittihamları qətiyyətlə təkzib edibdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*