?>
Ərəb Əmirliklərində müxalifətin repressiyalarına etiraz olaraq

Almaniyanın görkəmli filosofu Yürgen Habermas “Şeyx Zaid Kitabı Mükafatı”ndan imtina edib

Almaniyanın görkəmli filosofu Yürgen Habermas “Şeyx Zaid Kitabı Mükafatı”ndan imtina edib

Yürgen Habermas, 91 yaşlı Alman filosofu bildirib: ““Şeyx Zayid Kitabı Mükafatını” qəbul etməyimə hazır olduğumu bildirməyim səhv bir addım idi. İndi isə bu mükafatdan imtina etməyimlə öz səhvimi düzəldirəm.”

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Alman filosof və sosioloqu, Qərb fəlsəfəsinin görkəmli nümayəndələrindən biri olan Yurgen Habermas bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində, mövcud siyasi hakimiyyət tərəfindən müxalifətin represiyalara məruz qalmasına etiraz əlaməti olaraq dünyanın ən dəyərli ədəbiyyat üzrə mükafatı olan “Şeyx Zayid Kitabı Mükafatı”ndan imtina edib.

Al-Arabiyya TV kanalının verdiyi məlumata görə, 91 yaşlı Alman filosofu bildirib: ““Şeyx Zayid Kitabı Mükafatını” qəbul etməyimə hazır olduğumu bildirməyim səhv bir addım idi. İndi isə bu mükafatdan imtina etməyimlə öz səhvimi düzəldirəm.”

Al-Arabiyya TV kanalının Almaniyanın Şpigel jurnalına istinadən verdiyi xəbərdə belə gəlib ki, tanınmış filosof Habermas verdiyi bəyanatında bildirib: “Mükafatı verəcək müəssisənin Birləşmiş Ərəb Əmirliklərinin mövcud siyasi hakimiyyətinə yaxın olması mənim üçün çox da aydın və məlum deyildi. Lakin indi məsələ mənə aydın olduqdan sonra mən bu mükafatı qəbul etməkdən imtina edirəm.”

əl Qüds əl Ərəbiyyə xəbər portalının bildirdiyinə görə, Şpigel jurnalı görkəmli Alman filosofu Yürgen Haberması “Şeyx Zaid Kitabı Mükafatı”nı qəbul etdiyi üçün tənqid etdikdən sonra Habermas qeyd olunan mükafatdan imtina edib.

O, deyib: “Əbu Zəbiy dövlətinin 225 min avro dəyərində olan mükafatını qəbul etmirəm. Və bir daha vurğulayıram ki, mənim Əbu Zəbiy dövlətinin bu işdən siyasi maraqlarına xidmət etməsindən heç bir xəbərim olmayıb.”

Qeyd edək ki, Şpigel jurnalı bildirib ki, çox təəssüfləndirici haldır ki, Alman filosof və sosioloqu, Qərb fəlsəfəsinin görkəmli nümayəndələrindən biri olan Yurgen Habermas, Əbu Zəbiy dövlətinin vəliəhdi Muhəmməd bin Zayid tərəfindən maliiyyə dəstəki ilə dünya yazarlarına verilən mükafatlardan biri olan “Şeyx Zaid Kitabı Mükafatı”nı qəbul edib. Bu düzgün addım deyildir. Çünki Əbu Zəbiy dövlətində demokratik yaşayış tərzi sıfırdır.”

Şpigel daha sonra əlavə edib: “Ərəb Əmirliklərinə gedən qərbli turist və ziyarətçilər bu ölkədə demokratyanın olmadığını çox çətinliklə müşahidə edirlər. Onlar bu ölkədə memarlığın hədsiz inkişaf etməsindən çox təəccüblənir və bu ölkənin mədəniyyətini bəyənirlər. ”

Məqalə müəllifi daha sonra Şpigel jurnalında əlavə edir ki, Birləşmiş Ərəb Əmirlikləri aldadıcı yollara əl ataraq dünya səviyyəli alimlər, incəsənət və mədəniyyət xadimləri ilə müxtəlif konfranslarını təşkil etməklə öz dövlətəri barəsində dünya arenasında yaxşı fikir formalaşdırmağa çalışırlar. Lakin bu sadəcə bir təbliğatdır. Sülh, demokratiya, qanun hakimiyyəti kimi terminlər Birləşmiş Ərəb Əmirliklərində demək olar ki, əməli sürətdə həyata keçirilmir.

Yazar sonra qeyd edir: “İndi isə əsas sual budur ki, Habermasın bu mükafatı qəbul etməsi kimə xitməd edir? Görəsən Habermas mükafatı qəbul etmək ilə Birləşmiş Ərəb Əmirliklərinin zorakılıq siyasətlərinə pərdə asmaqda kömək edə bilərmi?”

91 yaşlı Alman filosofu Şpigeldə məqaləni oxuduqdan sonra qeyd ounan mükafatı almaqdan imtina etdiyini bildirib. Və qeyd edib: “Mükafatı verəcək müəssisənin Birləşmiş Ərəb Əmirliklərinin mövcud siyasi hakimiyyətinə yaxın olması mənim üçün çox da aydın və məlum deyildi. Lakin indi məsələ mənə aydın olduqdan sonra mən bu mükafatı qəbul etməkdən imtina edirəm.”

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Muhəmməd bin Zayid özünün tvitter səhifəsində bildirmişdir: “Bu mükafat, mədəniyyət sahəsində əldə edilən naliyyətlərdən biri olaraq “müştərək dil” ünvanında yaddaşlarda qalır. Bu mükafatın ali hədəflərindən biri də, dostluq, sülh və millətlər arası dialoqu yaşatmaqdır.”

Bldirək ki, qeyd olunan mükafat 23 May, 2021 tarixdə Əbu Zəbiydə keçiriləcək Beynəlxalq Kitab Sərgisində görkəmli Alman filosofu Yürgen Habermasa verilməsi nəzəerdə tutulmuşdur.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*