?>

Almaniyada tibb işçiləri aksiya keçiriblər

Almaniyada tibb işçiləri aksiya keçiriblər

Almaniyanın paytaxtı Berlində səhiyyə işçiləri daha yaxşı iş şəraiti ilə bağlı aksiya keçiriblər.

ABNA24 Xəbər Verir, Almaniyada koronavirusun geniş şəkildə yayılması ilə bu ölkənin səhiyyə işçiləri üçün daha çətin vəziyyət yaranıb.

Bu ölkədə koronavirusa yoluxma üzrə orta göstərici hər yüz min nəfərdən səksən dörd tam onda üç hal elan olunub.

Korona, daxil olduğu zamandan bəri Almaniyada dörd milyon nəfərdən çox insanı mübtəla edib.

Almaniyada koronavirus epidemiyasının başlanmasından bəri bu ölkədə dörd milyon 230 min 691 yoluxma halı qeydə alınıb. Bu arada 94 min 191 nəfər də həyatını itiribdir.

Deyilənlərə görə, koronanın yayılması daha çox vaksin vurdurmamış şəxslərlə bağlıdır. Bu cür şəxslər ya vaksinasiyaya tərrəddüdlə yanaşırlar, ya da ki, ümumiyyətlə onu rədd edirlər.

Koronavirus pandemiyası soyuqların düşməsilə bir zamanda hələ də Avropada həll edilməmiş bir böhran kimi qalıb və yaşıl qitə vətəndaşları və başçıları üçün böyük problemlər yaradıbdır. Avstriya və Almaniyada da vaksin vurdurmamış şəxslərə qarşı təzyiqlər artıbdır.

Son illər ərzində, xüsusilə COVID-19 pandemiyası ilə, bir çox Avropa ölkəsində ictimai etirazlar artıbdır. Bir çox Avropalı vətəndaş lazım olan təchizat, vaksin və dərmanın təmini, həmçinin koronavirusla mübarizə sahəsində Avropa Birliyinin siyasətlərinə etiraz edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*