?>

Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib

Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib

Yeni il tətillərinin ilk günündə Almaniyanın Düsseldorf şəhərində minlərlə insan koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirib.

ABNA24 Xəbər Verir, "Ruptly" telekanalının məlumatına görə, nümayişçilər əllərində, koronavirus infeksiyasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilmiş məhdudiyyətləri və hökumətin peyvənd siyasətini tənqid edən plakatlar daşıyıblar.

Etirazçılar "azadlıq, sülh və diktaturaya yox" kimi şüarlar səsləndiriblər. 

Təhlükəsizliyi qorumaq üçün yüzlərlə polis zabiti etirazçıları müşayiət edib.

Almaniyanın yeni hökuməti bu yaxınlarda koronavirusa qarşı peyvəndin məcburi edilməsinə dair milli qanun layihəsini təsdiqlənmək üçün parlamentə göndərəcəyini açıqlayıb.

Son aylar Avropanın bir sıra şəhərləri koronavirus məhdudiyyətlərinin tətbiqinə qarşı etirazlara səhnə olub.

Hazırda, koronavirusun omicron ştammının yayılması ilə və xalq etirazlarına baxmayaraq, Avropa hökumətləri vəziyyəti nəzarətdə saxlamaq üçün görülən tədbirləri gücləndiriblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*