"ABŞ İran əleyhinə sanksiyaları bərpa edəcək qanuni səlahiyyətə malik deyil"
ABNA24 Xəbər Verir, bunu Almaniya Xarici İşlər Nazirliyi "Avropa Troykası"nın bəyanatına istinadla bəyan edib.
Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ-ın "Tətik" mexanizmindən istifadə edərək, BMT-nin İran əleyhinə sanksiyalarını bərpa etmək üzrə səylərinin heç bir qanuni əsası olmadığını vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyi öz Tvitter səhifəsində Avropa Troykasının ABŞ-ın BMT-də İran əleyhinə sanksiyaları bərpa etmək üzrə səylərinin qəbuledilməz olmasına dair bəyanatını dərc edərək, yazıb: ABŞ-ın 8 may 2018-ci ildə nüvə anlaşmasından çıxdı və anlaşma çərçivəsində əməkdaşlıqdan imtina etdi. Buna görə də ABŞ-ın "Tətik" mexanizmindən istifadə etmək istəməsi heç bir qanuni əssa malik deyil. Biz hələ də nüvə anlaşmasının qorunmalı olduğuna inanırıq.
İran ilə nüvə anlaşmasında olan 3 Avropa ölkəsi ABŞ-ın İran əleyhinə BMT-nin sanksiyalarının bərpa edilməsinə dair iddiasına reaksiya olaraq Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə sadiq qalacaqlarını elan ediblər.
Fransa, Almaniya və Britaniya tərəfindən verilən birgə bəyanatda ABŞ-ın 8 may 2018-ci ildə nüvə anlaşmasından çıxdığına və bu anlaşma ilə əməkdaşlığa son qoyduğuna təkid ediblər.
342/