?>
Qarabağ İslam Torpağıdır

Allahu Əkbər və təkbir sədaları ilə erməni post xitmətçilərini qorxuya salan Azərbaycan hərbiçiləri – Video

Əsgərlərimiz döyüş meydanlarında “Allahu Əkbər!”, “Ya Əli!”, “Allah!, Muhəmməd!, Ya Əli!”, “Ləbbeykə ya Hüseyn!” deməkləri ilə yanaşı kazarmalarda, istirahət üçün qurulan çadırlarda və səngərlərdə, post patrul xidmətlərində də 14 Məsumlara mərsiyə deyib sinə vururlar.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Birinci Qarabağ Müharibəsində olduğu kimi İkinci Qarabağ Müharibəsində də Azərbaycan Ordusunun bir çox əsgərləri böyük rəşadətliklər göstərərək “Cəsur Əsgər” ordeni ilə təltif olunublar.

Bunun əsas səbəblərindən biri isə, məhz Azərbaycan Xalqının İslama, Əhli Beyt (əleyhimus-səlam) Məktəbinə və Behişt Cavanlarının Ağası olan İmam Hüseynə (əleyhi səlam) qarşı məhəbbəti və bağlılığıdır.

Sosial şəbəkələrdə paylaşılan videolarda da aydın görünür ki, Azərbaycan Respublikasının igid əsgər və zabitlərinin əsas ruh yüksəkliyi onların Əhli-Beytə (əleyhimus-səlam) olan bağlılıqlarından irəli gəlir. Əsgərlərimiz döyüş meydanlarında “Allahu Əkbər!”, “Ya Əli!”, “Allah!, Muhəmməd!, Ya Əli!”, “Ləbbeykə ya Hüseyn!” deməkləri ilə yanaşı kazarmalarda, istirahət üçün qurulan çadırlarda və səngərlərdə, post patrul xidmətlərində də 14 Məsumlara mərsiyə deyib sinə vururlar.

Müşahidə edəcəyiniz videoda da Qarabağda ermənilər ilə Azərbaycanlıların qarşı-qarşı olan postunda Azərbaycanın igidləri Allahu Əkbər! və Təkbir sədalarını ucaldaraq işğalçı ermənistan qüvvələri vəhşətə salırlar.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*