?>

Allahşükür Paşazadə ermənilərin katalikosu ilə görüşüb

Allahşükür Paşazadə ermənilərin katalikosu ilə görüşüb

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş başlayıb

ABNA24 Xəbər Verir, Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilən görüş dini liderlərin Cənubi Qafqazda sülhməramlı missiyasına həsr olunub.

Dini liderlərin üçtərəfli görüşü mətbuatın iştirakı olmadan keçirilib və bu koronavirus pandemiyası ilə izah edilib. 
Ötən gün də Patriarx Kirill ayrı-ayrılıqda Allahşükür Paşazadə və II Qareginlə görüşmüşdü.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*