?>
Qərbi Asiya Xəbərləri – Bəhreyn

Ali Xəlifə həbsxanasında daha bir Bəhreynli Şiə şəhid oldu

Ali Xəlifə həbsxanasında daha bir Bəhreynli Şiə şəhid oldu

Əl-Vada'i sözlərinə əlavə edərək deyib: "Mənsur şiddətli ağrıdan əziyyət çəkir ki, kameradaşları həbsxananın tibb mərkəzinə, sonra şəhid olduğu Salmaniyə Xəstəxanasına köçürülmək üçün həbsxana qapılarını döyməyə məcbur olurlar."

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ali Xəlifə vəhhabi rejimində həbsdə olan Bəhreynli məhbus Həsən Əbdül Nəbi Mənsur həkim səhlənkarlığı üzündən şəhid olub.

Bəhreyn Hüquq və Demokratiya İnstitutunun direktoru Əhməd əl-Vadai deyib: "Əhməd ən-Nabi Mansur üç ay həbs cəzasına məhkum edilmişdi, lakin vəziyyətinin pisləşməsinə baxmayaraq, ona alternativ cəza vermədilər."

O əlavə edib: "Mənsur Əl-Hövz Əl-Cəf həbsxanasında tibbi səhvlərdən əziyyət çəkirdi və həbsxana rəhbərliyi Mənsura dərman verməkdən yayınırmışlar. Onun həbsxananın tibb mərkəzinə də köçürülməsi təxirə salınmışdır."

Əl-Vada'i sözlərinə əlavə edərək deyib: "Mənsur şiddətli ağrıdan əziyyət çəkir ki, kameradaşları həbsxananın tibb mərkəzinə, sonra şəhid olduğu Salmaniyə Xəstəxanasına köçürülmək üçün həbsxana qapılarını döyməyə məcbur olurlar."

Amnesty International, Bəhreyn səlahiyyətlilərini Həsən Əbdül Nəbi Mənsurun necə şəhid olduğu ilə bağlı müstəqil və şəffaf bir araşdırma aparmağa çağırıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*