?>
Qafqaz və Azərbaycan

Ali Təqlid Mərcəsi Ayətullah Həmədani ilə görüşməyən İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti yəhudini ravvinini qəbul edib

Ali Təqlid Mərcəsi Ayətullah Həmədani ilə görüşməyən İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti yəhudini ravvinini qəbul edib

Qeyd edək ki, Azərbaycanda Əliyevlər sülalə hakimiyyətinin apardıqları siyasətlər nəticəsində bütün yabançı dinlər və məzhəblər çox rahat şəkildə çoxalır və ayinlərini icra edirlər, lakin ölkənin 90% əhalisini təşkil edən Şiələrin isə öz ayinlərini keçirmək qadağan edilib. Belə ki, Mühərrəmlik ayında və digər aylarda kütləvi yığlışıb mərsiyələr oxumaq, rövzələr demək, İmamların əzadarlıqlarını saxlamaq, məsumların milad bayramlarını keçirmək, İmam Hüseyn bayraqlarını ucaltmaq və s. atributlardan istifadə etmək qadağandır. Bunu görənlər isə ağır nağd cərimələr ilə üzləşir və ya zindanlara məhkum olurlar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

Söhbət zamanı Bakıda keçirilən və Mark Şnayerin iştirak etdiyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi növbəti töhfə kimi dəyərləndirilib.

Qeyd edək ki, Azərbaycanda Əliyevlər sülalə hakimiyyətinin apardıqları siyasətlər nəticəsində bütün yabançı dinlər və məzhəblər çox rahat şəkildə çoxalır və ayinlərini icra edirlər, lakin ölkənin 90% əhalisini təşkil edən Şiələrin isə öz ayinlərini keçirmək qadağan edilib. Belə ki, Mühərrəmlik ayında və digər aylarda kütləvi yığlışıb mərsiyələr oxumaq, rövzələr demək, İmamların əzadarlıqlarını saxlamaq, məsumların milad bayramlarını keçirmək, İmam Hüseyn bayraqlarını ucaltmaq və s. atributlardan istifadə etmək qadağandır. Bunu görənlər isə ağır nağd cərimələr ilə üzləşir və ya zindanlara məhkum olurlar.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*